Məhkəmə qərarları › İş №2(110)-918/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-918/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-918/2023 03.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-321/2020 nömrəli qətnaməsi ilə müəyyən olunan aliment miqdarının dəyişdirilərək Cavabdeh 15 aprel 2017-ci il təvəllüdlü X1 və 28 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılmasına 220 manat olmaqla, iki uşağın saxlanılmasına hər ay 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə 01 iyun 2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından 15 aprel 2017-ci il təvəllüdlü X1 və 28 sentyabr 2018-ci il təvəllüdlü X2 dünyaya gəldiyini, Cavabdeh ona və uşaqlara baxmadığından və onları anası evində qoyub özünün Bakı şəhərinə getməklə orada yaşadığından aliment tələbi barədə Şərur Rayon Məhkəməsində iddia qaldırdığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-321/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edildiyini, Cavabdeh hər ay bir uşağa görə 140 manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin tutulmasının qət edildiyini, hal-hazırda iki uşağın saxlanmasına 280 manatın bəs etmədiyini, yaş artdıqca uşağın tələbatlarının da artdığını, bu səbəbdən Cavabdeh bir uşağın saxlanılmasına 220 manat olmaqla, iki uşağın saxlanılmasına 440 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməli olduğunu, cavabdehin yaxşı gəlirinin olduğunu, lakin Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsini gecikdirdiyini, ödəmədiyini, uşaqların böyüməsinə, təhsil almasına dolayı yolla maneələr yaratdığını, Əfqanın Şərur Rayon Məhkəməsində nikahın pozulması tələbi barədə iddia qaldırdığını, həmin zaman yəni təxminən iyul-avqust ayları Şərur rayonuna gəldiyini, onunla əlaqə saxladığını, aralarında ailə söhbəti olandan sonra bu alimentlə uşağı saxlamağın olmadığı barəsində razılığa gəldiklərini, Əfqanın onda uşaqları ona verməsini bildirdiyini, onun uşaqları Əfqana verdiyini, verdiyi günün səhəri uşaqları bacısı Çiçəkgilə qoyub Bakı şəhərinə getdiyini, bundan sonra Çiçəyin uşaqları qapıdan eşiyə buraxdığını, azyaşlı uşaqların kənar şəxslərin köməyi ilə evə gəldiklərini, bunları qeyd etməkdə məqsədinin uşaqların saxlanılmasına tək maddi təminatın bəs etmədiyini, Əfqanın bu günə aliment borcunun tıxminən 800 manat olduğunu, balaca övladı Zəhranın xəstə olduğunu müalicə üçün Bakı şəhərinə aparıldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə övladlarının böyüdüyünü, bir övladının orta məktəbdə təhsil aldığını, digər övladının isə səhhətində problemlərin olduğunu, tez- tez müalicə etdirdiyini, cavabdehin bundan xəbərinin olduğunu, lakin uşaqla maraqlanmadığını, həmçinin uşaqları böyüdüyündən onların qidalanması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin onların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddiaçı ilə oğlu Əfqanın 01 iyun 2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından 15 aprel 2017-ci il təvəllüdlü X1 və 28 sentyabr 2018-ci il təvəllüdlü X2 doğulduğunu, aralarında münasibətlər pozulduğu üçün onların faktiki ayrıldıqlarını, iddiaçının müraciəti əsasında Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-476/2020 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağa görə 140 manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin ödənilməsinin müəyyən edildiyini, oğlunun "xxxx" MMC-də sürücü yanında ekspeditor işlədiyini, 400 manata yaxın əmək haqqı aldığını, 280 manatını aliment olaraq ödədiyini, qalan pulun isə onun öz tələbatlarını ödəməyə yetmədiyini, başqa heç bir əlavə gəlirinin olmadığını, ailəliklə Bakı şəhərində 300 manata kirayədə yaşadıqlarını, kirayə pulunu özü pensiyası ilə ödədiyini, ərinində xəstə olduğunu, cavabdehin onun dərmanlarını çətinliklə aldığını, aliment artırılarsa artıq aliment ödəməyə cavabdehin imkanının olmayacağını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 iyun 2018-ci il tarixli AZ-İ № 946371 nömrəli nikahın haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 01 iyun 2018-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydi kitabında 132 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Xəlilova” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyun 2018-ci il tarixli AZ-İİİ № 963111 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2017-ci il təvəllüdlü X1 valideyinləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 yanvar 2019-cu il tarixli AZ-İV № 165394 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2018-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin 2(110)-476/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən məzmunundan görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-321/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 15 aprel 2017-ci il tarixdə anadan olmuş X1 və 28 sentyabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-476/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin 2(110)-321/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 15 aprel 2017-ci il tarixdə anadan olmuş X1 və 28 sentyabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək haliyədə övladlarının böyüdüyünü, bir övladının orta məktəbdə təhsil aldığını, digər övladının isə səhhətində problemlərin olduğunu, tez- tez müalicə etdirdiyini, cavabdehin bundan xəbərinin olduğunu, lakin uşaqla maraqlanmadığını, həmçinin uşaqları böyüdüyündən onların qidalanması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin onların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-476/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 aprel 2017-ci təvəllüdlü X1 və 28 sentyabr 2018-ci təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X5 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 80 manatdır ki, bu da il ərzində 960 manat (80x12) təşkil etdiyindən və buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-476/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 aprel 2017-ci il təvəllüdlü X1 və 28 sentyabr 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (ouz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar