Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-922/2025 16.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin iclas zalında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Sərxanlı kənd sakini Cavabdeh ona olan borcu 1400 (bir min dörd yüz) manat pulu və dövlət rüsumu olaraq ödədiyi 34 (otuz dörd) manat, ümumilikdə 1434 (bir min dörd yüz otuz dörd) manat pulu Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin sentyabr ayında Şərur rayon Sərxanlı kənd sakini Cavabdeh Qazel markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilini 3300 manat dəyərində qiymətləndirərək satdığını, Cavabdeh həmin məbləği bir il müddətinə ödəyəcəyinə söz verdiyini, lakin o, 2900 manat ödədikdən sonra ona qalan 1400 manat pulu ödəməkdən boyun qaçırdığını, məsələ ilə əlaqədar onun Şərur rayon Polis İdarəsinə müraciət etdiyini, ona məxsus Qazel markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil artıq utilizasiya olunduğunu bildirdiklərini, bu səbəbdən onun məhkəməyə müraciət etməyi tövsiyə olunduğunu, o cavabdehə dəfələrlə zəng etsə də cavabdehin ona olan borcunu ödəməkdən boyun qaçırdığını, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, Cavabdeh ondan aldığı avtomobilə görə 1400 manat pul borcunun alınıb ona ödənilməsini istədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavablandırarkən, iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2023-cü ilin sentyabr ayında ona məxsus “Qazel” markalı avtomobili cavabdehə 3300 manata satmaq barəsində onunla razılaşdıqlarını, cavabdehin ona 1 il ərzində borcunu ödəyəcəyini, hər ay 250, 300 manat verdiyini, sonuncu dəfə 2024-cü ilin noyabr ayında ödəniş etdiyini, qalan pulunu tələb etdiyini, lakin cavabdehin ona olan 1400 manat borcunu ödəməkdən imtina etdiyni, sonra maşının utilizasiya olduğunu öyrəndiyini, bundan sonra məhkəməyə müraciət etdiyini, əvvəlcə bununla əlaqədar olaraq polis idarəsinə müraciət etdiyini, cavabdehin pulu Türkiyədən göndərdiyini, 2 dəfə də gətirib dükanında verdiyini, iş üzrə şahidlərinin olduğunu, birinci dəfə Vahidə “Ford Tranzit” markalı, ** BH *** nömrəli avtomobili satdığını, həmin avtomobil qəzaya uğradığını və yarasız vəziyyətə düşdüyünü, həmin avtomobilə görə sığortadan pul aldığını və həmin pulla “Qazel” markalı **-BH-*** nömrəli avtombili aldığını, “Qazel” markalı avtomobili Vahidə etibarnamə ilə verdiyini, Vahidin ona cəmi 2050 manat ödədiyini və onun 1400 manat borcu qaldığını, hal-hazırda həmin “Qazel” markalı avtomobilin utilizasiya olduğunu, cavabdeh ona olan borcunu sentyabr ayının 20-nə qədər ödəyəcəyini bildirsə də, o vaxtdan heç bir ödəniş etmədiyini, onun şahidləri olduğunu, lakin onların hal-hazırda Türkiyədə olduqlarını, növbəti məhkəmə iclasında burda olsalar onları şahid qismində gətirəcəyini, polis idarəsinə müraciət edən zaman ona məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu izah etdiklərini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işə baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Elektron Notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı “Qaz 2705 Yük” markal ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə istifadə hüququ Cavabdeh vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı “Ford Tranzit minik” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili razılıq əsasında alaraq onun dəyəri olan 3350 manatı 12 ay müddətinə ödəməyə söz vermişdir. Həmin razılaşmanın arxa hissəsində cavabdeh tərəfindən iddiaçıya cəmi 2050 manat (xx.xx.2023 tarixində 300 manat, xx.xx.2023 tarixində 300 manat, xx.xx.2023 tarixində 300 manat, 2024-cü ilin yanvar ayında 550 manat, xx.xx.2024 tarixində 200 manat, xx.xx.2024 tarixində 400 manat) ödəməsinə dair qeydlər aparılmışdır. Müvafiq sorğu əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur rayon Polis idarəsində məhkəməyə ünvanlanmış sənədlərdən belə müəyyən olunur ki, İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə Şərur rayon Polis idarəsinə müraciət etmiş, iddiaçı müraciətində Şərur rayonu, Sərxanlı kənd sakini Cavabdeh ** BH *** dövlət qeydiyyat nişanlı, Qazel markalı maşın satdığını və Cavabdeh ona 1300 manat borcunun qaldığını bildirmiş, aparılan araşdırma zamanı Cəfərov X4 Respublikasında yaşadığından onun izahatını almaq mümkün olmamışdır. Tərəflər arasında olan telefon danışığına dair müvafiq səs yazılarından belə müəyyən olunur ki, iddiaçı cavabdehdən pulunu istədikdə, o bununla bağlı etirazını bildirmir, borcunun olduğunu etiraf edir. Telefon danışıqları zamanı iddiaçı cavabdehin ona 1300 manat borcunun olduğunu bildirir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı əsassız varlanma obyekti olan pul məbləğinin geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından aydın olur ki, tərəflər arasında faktiki olaraq iddiaçıya məxsus “Qazel” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı üzrə münasibətlər mövcud olmuşdur. Həmin münasibət yazılı qaydada rəsmiləşdirilməsə də, iş materiallarından belə görünür ki, iddiaçıya məxsus “Qazel” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmiş, bu hal “Elektron Notariat” X1 çıxarışla təsdiq edilmişdir. Cavabdeh nəqliyyat vasitəsindən faktiki istifadə etmiş, bunun müqabilində iddiaçıya müxtəlif tarixlərdə pul vəsaitləri ödəmiş, lakin razılaşdırılmış məbləği tam şəkildə ödəməmişdir. Bundan əlavə, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş yazılı ərizədən və həmin ərizədə aparılmış ödəniş qeydlərindən aydın olur ki, cavabdeh iddiaçıdan nəqliyyat vasitəsini razılıq əsasında aldığını, onun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü təsdiq etmişdir. Həmin yazılı sənəd tərəflər arasında faktiki öhdəlik münasibətlərinin mövcudluğunu göstərən mühüm sübut kimi qiymətləndirilir. Eyni zamanda, iş üzrə tədqiq edilmiş telefon danışığına dair səs yazılarından da müəyyən edilir ki, iddiaçı cavabdehdən pul vəsaitinin ödənilməsini tələb etdikdə, cavabdeh buna etiraz etməmiş, borcun mövcudluğunu inkar etməmiş, əksinə onun ödəniləcəyini bildirməklə öhdəliyin mövcudluğunu dolayısı ilə etiraf etmişdir. Məhkəmə iclasında iştirak etməyən cavabdeh bu səs yazılarının və üzərində müvafiq ödənişlər ilə bağlı qeydlər olan yazılı ərizənin ona məxsus olmaması və ya məzmununun həqiqətə uyğun olmaması barədə hər hansı etiraz irəli sürməmişdir. Cavabdeh susmaqla və sübut təqdim etməməklə iddiaçının təqdim etdiyi sənədlərin və səs yazılarının həqiqiliyini dolayı yolla qəbul etmiş sayılır. Beləliklə, yazılı ərizənin məzmunu, səs yazıları və “Elektron Notariat” sistemindən çıxarış birgə qiymətləndirildikdə, məhkəmə tərəflər arasında nəqliyyat vasitəsinin alqısatqısı üzrə tərəflər arasında öhdəlik münasibətlərinin mövcud olduğu qənaətinə gəlir. Maddi hüquq normalarının tətbiqi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliklərin əmələ gəlməsi üçün müqavilə tələb olunur. Lakin həmin maddə eyni zamanda müqavilə olmadan öhdəliyin yaranmasını istisna edən hallar sırasında zərər vurulması, əsassız varlanma və digər qanuni əsasları da nəzərdə tutur. İşin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı faktiki olaraq baş tutmuş, cavabdeh iddiaçıdan əmlakı almış, lakin onun müqabilində öhdəliyi tam icra etməmişdir. Bu halda yaranmış münasibət əsassız varlanma nəticəsində forma almış öhdəlik münasibətidir. Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə, başqa şəxsin hesabına, hüquqi əsas olmadan əldə edilən əmlak və ya pul məbləği əsassız varlanma hesab edilir və bu halda varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə geri qaytarmağa borcludur. MM-in 1092.1-ci maddəsi bu öhdəliyi birbaşa təsdiq edir və iddiaçıya belə tələb irəli sürmək hüququ verir. İş üzrə araşdırılmış sübutlar göstərir ki, cavabdeh iddiaçının hesabına əldə etdiyi nəqliyyat vasitəsinin tam dəyərini ödəmiyərək varlanmışdır və bu varlanmanın hüquqi əsası yoxdur. Bu səbəbdən cavabdeh tərəfindən ödənilməmiş məbləğ əsassız varlanma kimi qiymətləndirilir və iddiaçının həmin məbləğin geri qaytarılması tələbi qanuni hesab olunur. İddiaçı məhkəmədə cavabdehdən 1400 manat tələb etsə də, iş materiallarında olan yazılı qeydlərə əsasən, cavabdeh iddiaçıya cəmi 2050 manat (300+300+300+550+200+400) ödəniş etmişdir. Bununla belə, İddiaçı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinə verdiyi ərizədə və cavabdeh ilə apardığı telefon danışıqlarında (səs yazılarında) borcun məhz 1300 manat olduğunu etiraf etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, bir tərəfin qarşı tərəfin iddiasını və ya onu əsaslandıran faktları etiraf etməsi həmin faktların sübut edilməsinə olan ehtiyacı aradan qaldırır. Bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçının əvvəlki beyanatları onun hazırkı 1400 manatlıq tələbi ilə ziddiyyət təşkil etdiyindən, iddiaçının öz əleyhinə olan faktiki etirafını əsas götürülməklə, borc məbləğinin 1300 manat olduğunu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli; -Cavabdeh 1300 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli; -İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -Tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun 31,57 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yaz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun 31,57 manat (otuz bir manat, əlli yeddi qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-922/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-922/2025
16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver