Məhkəmə qərarları › İş №2(110)-923/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-923/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-923/2025 09.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu iddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Cavabdeh borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Cavabdeh debitor borcu (sayğac vasitəsi ilə istifadə) olan 1242,50 (min iki yüz qırx iki manat əlli qəpik) manat və ödənilmiş 33,45 (otuz üç manat 45 qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1275,95 (min iki yüz yetmiş beş manat, doxsan beş qəpik) manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin "xxxx" ASC Naxçıvan filialının Qaz İstismar Xidməti üzrə (Kod 200015, VÖEN **********, M/H AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, Naxçıvan Muxtar Respublikasl Qaz İstismar Xidmətin,VÖEN **********, AZ57İİB********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasl Qaz İstismar Xidməti ilə abonent Cavabdeh arasında 30 may 2008-ci il tarixdə 65267 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikasl Qaz İstismar Xidməti abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Naxçıvan Muxtar Respublikasl Qaz İstismar Xidməti Şərur rayon Qaz İstismar İdarəsi tərəfindən ********* nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 (markalı) ******* zavod nömrəli, qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.2.3-cü yarımbəndinin İstehlak etdiyi qazın dəyərinin "Təchizatçı"nın hesabatı əsasında hər növbəti ayın əvvəlinə qədər ödənilməsini təmin edir. Bildiririk ki, Cavabdeh ödənilməmiş 2022-cü ilin oktyabr - 2025-ci ilin iyun ayları üzrə 1242.50 ( min iki yüz qırx iki manat əlli qəpik) manat sərfiyyat borcu qalmışdır. Beləliklə, cavabdeh Hüseynov X1 Muxtar Respublikası Qaz İstismar Xidmətinə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1242.50 ( min iki yüz qırx iki manat əlli qəpik) manat təşkil etməkdədir. Cavabdehə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə pretenziya göndərilməsinə baxmayaraq o, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə olan debitor borcunun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Belə olan haldaa Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Naxçıvan Muxtar Respublikasl Qaz İstismar Xidmətinə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 65267 saylı əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşlər. Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin hazırda 1245.50 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh ilə bağlanmış xx.xx.2008-ci il tarixli 65267 saylı Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında müqavilədən məlum olur ki, təhcizatçı istehlakçını təbii qazla və qaz sərfi ölçü cihazı(sayğacla) ilə təmin edir, ildə bir dəfə isə cihazlardan istifadə qaydası ilə bağlı təlimatlandırır. İstehlakçı isə istehlak etdiyi qazın dəyərinin təhcizatçının hesabatı əsasında hər növbəti ayın əvvəlinə qədər ödənilməsini təmin edir. xx.xx.2025-ci il tarixli abonent haqqında ətraflı məlumatdan görünür ki, abonent nömrəsi 58389006 olan sayğac Cavabdeh adına qeydiyyata alınmışdır. Abonent nömrəsi 58389006 olan sayğac məlumatlarından görünür ki, Cavabdeh 1245.50 manat ödənilməmiş borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 5.5-ci maddəsinin tələbinə görə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakşıya paylayıcı tərəfindən təqdim edildikdən sonra sonra bir ay müddətində tam ödənilməlidir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2008-ci il tarixli 65267 saylı əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında müqaviləsi üzrə 1245.50 manat ödənilməmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 33.45 (otuz üç manat qırx beş qəpik) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə olan debitor borcu (sayğac vasitəsi ilə istifadə) olan 1242.50 (min iki yüz qırx iki manat əlli qəpik) manat və ödənilmiş 33.45 (otuz üç manat 45 qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1275.95 (min iki yüz yetmiş beş manat, doxsan beş qəpik) manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin "xxxx" ASC Naxçıvan filialının Qaz İstismar Xidməti üzrə (Kod 200015, VÖEN **********, M/H AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin, VÖEN **********, AZ57İİB********************) bank hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar