Məhkəmə qərarları › İş №2(110)-930/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-930/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-930/2021 16.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1100 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 31 manatın cəmi 1131 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh hazırda Tovuz rayonunda qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir; - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Tovuz Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlqədar 27.10.2021-ci il tarixdə 19217 №li qəbzlə dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu Şərur rayon Məhkəməsinin 2(110)-836/2021 nömrəli, 05.11.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, icra vərəqəsi çıxarılaraq icraya yönəldilmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ərazi adiyyətinə görə Tovuz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar