Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-933/2021 16.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə 10 fevral 2020-cü il tarixli kredit müqaviləsi üzrə 9494.52 manat əsas borc, 430.02 manat faiz borcu olmaqla ümumilikdə cəmi 9924.54 manat borcun və 119.25 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən, müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yelo Bank” ASC-nin xeyrinə 9494.52 manat əsas borc, 430.02 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 9924.54 manat borcun, 119.25 manat ödənilmiş dövlət rüsumunun tutulmasını və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələb etsədə, iddia ərizəsində sübutlar siyahısını qeyd etməmişdir. Eyni zamanda məhkəmə əlavə olaraq iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində kredit müqaviləsinin ləğv edilməsini xahiş etsədə, iddia ərizəsinə əlavə edilmiş xəbərdarlq məktubunun məzmunundan görünür ki, cavabdehlər Banka olan borcu 5 gün müddətində ödəməyəcəkləri təqdirdə, iddiaçı tərəfindən görüləcək tədbirlərin sırasında müqavilənin ləğv ediləcəyi barərədə cavabdehlər xəbərdar edilməmişlər, həmçinin Bank tərəfindən Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində kreditin verilməsini təsdiq edən kassa məxaric orderi də iddia ərizəsinə əlavə edilməmişdir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı ASC tərəfindən X1 vasitəsilə 07.09.2021-ci il tarixli ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat və 02.12.2021-ci il ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 89.25 (səksən doqquz manat, iyirmi beş qəpik) manat da iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən X1 vasitəsilə 07.09.2021-ci il tarixli ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat və 02.12.2021-ci il ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 89.25 (səksən doqquz manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-nə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-933/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-933/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver