Məhkəmə qərarları › İş №2(110)-968/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-968/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-968/2021 30.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 26.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ KODU **********39531 olan Samsung Galaxy A20s markalı telefon üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu üçün 841 (səkkiz yüz qırx bir) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə ümumilikdə 1123 manat borc və 31.23 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli, 00673352 və 26.10.2019-cu il tarixli, 01007469 nömrəli Müqavilələrin 4.1-ci bəndlərində qeyd edilmişdir ki, bu müqavilədən irəli gələn mübahisəli məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr AR-nın məhkəmə sistemində AR-nın qanunvericiliyinə uyğun həll edilir. Lakin iddiaçı mübahisəli məsələləri məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli, 00673352 və 26.10.2019-cu il tarixli 01007469 nömrəli Müqavilələrin 3.11-ci bəndində qeyd edilmişdir ki, Müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda iş həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Qeyd olunan müqavilənin tələbindən də göründüyü kimi iddiaçı əvvəlcə cavabdehdən malın saz və korlanmamış vəziyyətdə ona qaytarılmasını tələb etməli, onun bu tələbi cavabdeh tərəfindən yerinə yetirilmədikdən sonra malın tam dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı "xxxx" MMC tərəfindən müqavilənin şərtinə müvafiq olaraq məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etməyərək cavabdehdən malın saz və korlanmamış vəziyyətdə ona qaytarılmasını tələb etməsinə dair hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhz buna görə də, iddia ərizəsinə məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- X1 vasitəsilə 15.12.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 31.23 (otuz bir manat iyirmi üç qəpik) manat dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284- 3.5,152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ım: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- X1 vasitəsilə 15.12.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 31.23 (otuz bir manat iyirmi üç qəpik) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar