Məhkəmə qərarları › İş №2(110)-98/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-98/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-98/2021 10.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsinin cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308/ZM1 saylı zaminlik müqaviləsi və Orucova Arifə Bayram qızı ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, 01308/ZM2 saylı zaminlik müqaviləsinin ləğv edilməsini və 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid 8100 (səkkiz min yüz) manat məbləği əsas borc, 662.66 (altı yüz altmış iki manat 66 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc 81.94 (səksən bir manat, 94 qəpik) manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış, cərimə faizləri olmaqla cəmi 8844.60 (səkkiz min səkkiz yüz qırx dörd manat 60 qəpik) manat məbləğində pul vəsaitinin həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 8874.60 (səkkiz min səkkiz yüz yetmiş dörd manat, 60 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı BOKT MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin 09.08.2021-ci il tarixdə İddiaçı BOKT MMC-nin idarə heyətinin sədri məhkəməyə teleqram ünvanlayaraq teleqramda 2(110)-98/2021 saylı mülki iş üzrə məhkəmə baxışı iclasını iş çoxluğu və məsafə uzaqlığını nəzərə alaraq İddiaçı BOKT MMC-nin iştirakları olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsinə (bundan sonra kredit müqaviləsi) əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 22 (iyirmi iki) % olmaqla 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit aldığını, kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Orucova Arifə Bayram qızı ilə İddiaçı BOKT MMC arasında 02 iyun 2020-ci il tarixli 01308/ZM1 və 02 iyun 2020-ci il tarixli 01308/ZM2 saylı zaminlik müqaviləsi (bundan sonra zaminlik müqaviləsi) bağladığını, İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirdiyini göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq icra etmədiyini və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etmədiyini, belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri 04.11.2020-ci il tarixədək həyata keçirdiyini və həmin tarixdən bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini, kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Orucova Arifə Bayram qızı arasında bağlanmış zaminlik müqaviləsinin 2.2.1-ci bəndinə əsasən borc alanın borc verən qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə -kredit məbləğinin və ya onun hər hansı hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülkihüquqi) sanksiyalarının eləcə də, borcun tutulması üzrə məhkəmə xərclərinin və borc alanın borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və lazımınca icra etməməsi nəticəsində borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla – borc alanla birgə məsuliyyət daşıdığını, keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq (29.09.2020-ci il tarixli 853 saylı xəbərdarlıq və 05.10.2020-ci il tarixli 863 saylı son xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlərin ödənilmədiyini, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytaqrılması müddətləri pozulduqda, borc alan borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğində gecikdirmənin hər günü üçün 0.2% (sıfır tam onda iki faiz) dərəcəsi ilə hesablanan penya ödədiyini qeyd edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsinin cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308/ZM1 saylı zaminlik müqaviləsi və Orucova Arifə Bayram qızı ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, 01308/ZM2 saylı zaminlik müqaviləsinin ləğv edilməsini və 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid 8100 (səkkiz min yüz) manat məbləği əsas borc, 662.66 (altı yüz altmış iki manat 66 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc 81.94 (səksən bir manat, 94 qəpik) manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış, cərimə faizləri olmaqla cəmi 8844.60 (səkkiz min səkkiz yüz qırx dörd manat 60 qəpik) manat məbləğində pul vəsaitinin həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 8874.60 (səkkiz min səkkiz yüz yetmiş dörd manat, 60 qəpik) manat məbləğində pul vəsaitinin cavbdehlərdən müştərək qaydada tutularaq, İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Orucova Arifə Bayram qızına məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 18 (on səkkiz) ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kreditdən istifadəyə görə illik 22 % ödənilməsi şərti ilə kredit verməyi, Borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən kredit məbləği müştərinin “Mikro Kart” cari kart hesabına köçürülməklə verilir... Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Kreditdən istifadəyə görə faizlər Borc alanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlamaqla hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) borcun tam tam ödənildiyi tarixə qədər hesablanır. İş materiallarına əlavə olunmuş 28.02.2018-ci il tarixli ödəniş planına əsasən, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 illik 22 (iyirnmi iki) faiz dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 02.07.2020 - 02.08.2020–ci il tarixləri ərzində ayda 152.17 (bir yüz əlli iki manat, on yeddi qəpik) manat, 02.09.2020 - 02.11.2020 tarixləri ərzində ayda 603.25 ( altı yüz üç manat, iyirmi beş qəpik) manat, 02.12.2021 tarixində isə 603.34 (altı yüz üç manat, otuz dörd qəpik) manat olmaqla, cəmi 9956.43 manat pulu İddiaçı BOKT MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 02 iyun 2020-ci il tarixli 01308/ZM1 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 02 iyun 2020-ci il tarixli 01308/ZM2 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Orucova Arifə Bayram qızı ilə İddiaçı BOKT MMC arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilələrin 1.1-ci bəndlərinin şərtinə əsasən Zaminlər 2 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsi üzrə Borc alanın Borc verən qarşısında götürdüyü öhdəliklərini tamami ilə icra etməsi və lazımınca icra etməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərilərinə götürürlər. Həmin Müqavilələrin 1.5-ci bəndlərinə əsasən Zaminlər Kredit Müqavilələri üzrə Borc alanın öhdəliklərini öz pul vəaitləri, o cümlədən digər əmlakları hesabına tam həcmdə icra etməlidirlər... İş materiallarına əlavə olunmuş 01.12.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, 01 dekabr 2020-ci il tarixə Cavabdeh1 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsi üzrə Banka 8100 (səkkiz min yüz) manat əsas borc, 662.66 (altı yüz altmış iki manat altmış altı qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borcu və 81.94 (səksən bir manat doxsan dörd qəpik) manat məbləğində isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri, ümumilikdə 8844.60 (səkkiz min səkkiz yüz qırx dörd manat altmış qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 22.10.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və 29 sentyabr 2020-ci il tarixli 853 nömrəli və 05 oktyabr 2020-ci il tarixli 863 nömrəli xəbərdarlıq məktublarından da aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş 02.06.2020-ci il tarixli “Mikro Kart” Təhvil-təslim aktından görünür ki, **********018213 nömrəli “Mikro Kart” plastik kartı Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(110)- 98/2021 saylı Qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 115 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı BOKT MMC-nə ödənilmiş pul vəsaiti, hesabdan çıxarış məlumatları və 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1 İddiaçı BOKT MMC”-nə 01 dekabr 2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) kredit üzrə olan əsas borcu 8300 (səkkiz min üç yüz) manat faiz borcu 401.61 (dörd yüz bir manat, altmış bir qəpik) manat təşkil edir. İş materiallarında Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci tarixli, 013081 saylı kredit müqaviləsinə əsasən Borc verən tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla 18 (on səkkiz) ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə 02.07.2020 - 02.08.2020–ci il tarixləri ərzində ayda 152.17 (bir yüz əlli iki manat, on yeddi qəpik) manat, 02.09.2020 - 02.11.2020 tarixləri ərzində ayda 603.25 ( altı yüz üç manat, iyirmi beş qəpik) manat, 02.12.2021 tarixində isə 603.34 (altı yüz üç manat, otuz dörd qəpik) manat olmaqla, cəmi 9956.43 manat pulu İddiaçı BOKT MMCnə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 və Orucova Arifə Bayram qızı İddiaçı BOKT MMC ilə Zaminlik müqavilələri bağlayaraq Borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamami ilə icra etməsi üçün Borc alan ilə birlikdə Borc verən qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin Cavabdeh1 kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Borc verən qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Buna görə də Borc alan öhdəliyini vaxtında icra etmədiyi üçün Borc verən- İddiaçı BOKT MMC Borc alan və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu və cərimə borcunun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 115 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı BOKT MMC-nə ödənilmiş pul vəsaiti, hesabdan çıxarış məlumatları və 02 iyun 2020-ci il tarixli 01308 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC”-nə 01 dekabr 2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) kredit üzrə olan əsas borcu 8300 (səkkiz min üç yüz) manat, faiz borcu 401.61 (dörd yüz bir manat, altmış bir qəpik) manat borcunun olması müəyyən edilmişdir. Lakin iş üzrə iddiaçının iddia ərizəsində iş üzrə cavabdehlərdən əsas borc üzrə 8100 (səkkiz min yüz) manat məbləğində pulun tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə iddia tələbindən kənara çıxmayaraq cavabdehlərdən əsas borc üzrə 8100 (səkkiz min yüz) manat məbləğində pulun tutulması qənaətinə gəlir. Həmçinin ekspert rəyinə əsasən iş üzrə faiz borcunun 401.61 (dörd yüz bir manat altmış bir qəpik) manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış “Kredit müqaviləsi”nin şərtlərinə əməl etməməklə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Cavabdeh2 və Orucova Arifə Bayram qızı “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alanın” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqavilələrini imzalamaqla təsdiq etmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zaminlər Cavabdeh2 və Cavabdeh3 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Orucova Arifə Bayram qızından müştərək qaydada 8100 (səkkiz min yüz) manat məbləğində əsas borc, 401.61 (dörd yüz bir manat altmış bir qəpik) manat məbləği hesablanmış faiz borcu, 81.94 (səksən bir manat, doxsan dörd qəpik) manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə borcu olmaqla, cəmi 8583.55 (səkkiz min beş yüz səksən üç manat əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308 saylı saylı Kredit müqaviləsi, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308/ZM1 saylı Zaminlik müqaviləsi və İddiaçı BOKT MMC ilə Orucova Arifə Bayram qızı arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308/ZM2 saylı Zaminlik müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 0.88 manatı iddiaçıya aid edilməli, 29.12 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8100 (səkkiz min yüz) manat məbləğində əsas borc, 401.61 (dörd yüz bir manat altmış bir qəpik) manat məbləği hesablanmış faiz borcu, 81.94 (səksən bir manat, doxsan dörd qəpik) manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə borcu, cəmi 8583.55 (səkkiz min beş yüz səksən üç manat əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308 saylı saylı Kredit müqaviləsi, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308/ZM1 saylı Zaminlik müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01308/ZM2 saylı Zaminlik müqaviləsi ləğv edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 0.88 manatı iddiaçıya aid edilsin, 29.12 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar