Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-98/2023 13.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon İbadulla kənd sakini Cavabdeh ona verdiyim 5000 (beş min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 70 (yetmiş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ərizəsində Şərur rayon İbadulla kənd sakini Cavabdeh ona verdiyi 5000 (beş min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 70 (yetmiş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini, 5000 (beş min) manatın 1500 (bir min beş yüz) manatını cavabdehə güzəşt etdiyini, buna görə də iddia tələbimi azaltdığını qeyd edərək, haliyədə Şərur rayon İbadulla kənd sakini Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə elan edir ki, tərəflər xx.xx.2023-cü il tarixdə məhkəməyə barışıq sazişi təqdim etmişlər və barışıq sazişinin məzmunu aşağıdakı kimidir: 1.Mən, iş üzrə Cavabdeh İddiaçı borclu olduğum 3500 (üç min beş yüz) manat pul ödənilməsini, həmin 3500 (üç min beş yüz) manatı xx.xx.2023-cü il (otuz aprel iki min iyirmi üçüncü il) tarixdən gec olmayaraq ödəməyi öhdəmə götürür və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. 2.Mən, iş üzrə İddiaçı Cavabdeh mənə borclu olduğu 3500 (üç min beş yüz) manat pul ödənilməsini, həmin 3500 (üç min beş yüz) manatı xx.xx.2023-cü il (otuz aprel iki min iyirmi üçüncü il) tarixdən gec olmayaraq ödənməsi barədə cavabdehin təklifini qəbul edirəm və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. 3.Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. Məhkəmə barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı və cavabdeh artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 733 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” 2(110)-98/2023 saylı mülki iş üzrə iddiaçı və cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. İş üzrə Cavabdeh İddiaçı borclu olduğu 3500 (üç min beş yüz) manat pul ödənilməsini, həmin 3500 (üç min beş yüz) manatı xx.xx.2023-cü il (otuz aprel iki min iyirmi üçüncü il) tarixdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
2. İş üzrə İddiaçı Cavabdeh ona borclu olduğu 3500 (üç min beş yüz) manat pul ödənilməsini, həmin 3500 (üç min beş yüz) manatı xx.xx.2023-cü il (otuz aprel iki min iyirmi üçüncü il) tarixdən gec olmayaraq ödənməsi barədə təklifini qəbul edir.
3. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.
4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
5. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 733 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin təsdiq edilməsi ilə işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Seymur Qarayev