Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-99/2023 13.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 720 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 2320 manat pulun 200 manatını, nəticə etibarı ilə ümumilikdə 920 (doqquz yüz iyirmi) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, fəaliyyət sahəsi mobil telefonların və onların aksesuarlarının alqı-satqısı olduğunu, onun hazırki iddia üzrə cavabdeh X3 22 aprel 2021-ci il tarixdə 120 nörməli “Mal satınalması müqaviləsi müqaviləsi bağladıqlarını, həmin müqaviləyə əsasən cavabdeh Lalə Salahovanın “Samsung A51” markalı telefonu 7 aylıq kreditlə 800 manat dəyərində aldığını, ümumi məbləğin 80 manatını 12 aprel 2022-ci il tarixdə ödədiyini, qalan 720 manatını isə hazırki vaxtadək onun tərəfindən heç bir ödəniş ödənilmədiyini və borclu olduğu 720 manat borcunu ödəməkdən imtina etdiyini, qeyd olunan 22 aprel 2021-ci il tarixdə 120 nömrəli “Mal satınalması müqaviləsi”nə və müqaviləyə qoşma Əlavə 1-ə əsasən cavabdeh tərəfindən malın dəyəri 7 ay ərzində hissələrə bölünərək hər ayın 22-i ödənilməli olduğunu, əks təqdirdə isə gecikdirilmiş hər gün üçün müqvilə üzrə aylıq ödənişin 2%- həcmində dəbbə (cərimə) pulunun ödənilməsi nəzərdə tutulduğunu (22 aprel 2022-ci il tarixində 120 nömrəli “Mal satınalması müqaviləsi” ODƏNİŞ ŞƏRTLƏRİ 3.3), buna görə də həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, həmçinin onun telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox başqa şəxsə həmin telefonu satsaydı onun İddiaçı maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, onun buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, həmçinin onun Kəngərli rayonunda nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, onun geniş müştəri dairəsi olduğunu, onun müştərilənin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayandığını, əgər cavabdehin borcu vaxtında ödəsəydi məsələnin də bu səviyyəyə gəlib çıxmaya biləcəyini, cavabdehin yuxarıda qeyd olunan 22 aprel 2021-ci il tarixində 120 nömrəli “Mal satınalması müqaviləsi”dən yaranan 720 manat əsas borcu olduğunu, bundan əlaə müqaviləyə qoşma Əlavə 1-ə, müqavilənin ODƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2022-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq 2320 manat dəbə pulunun 200 manatını, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının izahatına və iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 aprel 2021-ci il tarixli 120 saylı X1 görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya 800 (səkkiz yüz) AZN dəyərində Samsung A51 markalı mobil telefonu satır, alıcı isə müqavilə lə razılaşdırılmış qaydada telefonun dəyərini bu müqavilənin 3-cü bəndində (ödəniş şərtləri) göstərilmiş qaydada ödəyir. Həmin Müqavilələrin 3.1-ci bəndinə əsasən, telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 800 (səkkiz yüz) AZN olduğunu, ümumi məbləğin 200 (iki yüz) AZN-ni ilkin ödəniş kimi 22 may 2021-ci il tarixdə və qalan məbləğin 600 (altı yüz) AZN ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. Həmin Müqavilələrin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Tərəflər arasında bağlanmış 22 aprel 2021-ci il tarixli 120 saylı Müqaviləyə Əlavə 1-dən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 800 (səkkiz yüz) manat olan Samsung A51 model telefon üçün ilkin ödəniş olaraq xx.xx.2021-ci il tarixdə 200 manat ödəyərək, qalan məbləği 6 ay müddətinə, ayda 100 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 720 (yeddi yüz iyirmi) manat əsəs borc, 2320 (iki min üç yüz iyirmi) manat gecikdirilmiş dəbbə pulu, ümumilikdə 3040 (üç min qırx) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, borclu müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə müqavilə üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlər hddində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 22789 saylı qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli X2 əsasən Alıcı alqı-satqı qiyməti 800 (səkkiz yüz) manat olan Samsung A51 model telefon üçün xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021- xx.xx.2021 tarixlərində isə ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə Satıcıya 800 (səkkiz yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 80 (səksən) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehə qarşı borcun alınaraq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh İddiaçı ilə aralarında sadə yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 22 aprel 2021-ci il tarixli 120 nömrəli Müqavilə üzrə ümumilikdə 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissədə tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 22 aprel 2021-ci il tarixli 120 müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 22 aprel 2021-ci il tarixli 120 nömrəli müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu (cərimə) olmaqla, ümumilikdə 770 (yeddi yüz yetmiş) manat borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30.0 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməli, qalan 25 (iyirmi beş) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 22 aprel 2021-ci il tarixli 120 nömrəli X2 əsasən Samsung A51 model telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 770 (yeddi yüz yetmiş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı olmaqla, ümumilikdə 795 (yeddi yüz doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-99/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-99/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver