Məhkəmə qərarları › İş №2(110)-993/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-993/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-993/2025 22.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Dərvişlər kənd razisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı JN-0024, JN-0025, JN-0026 saylı torpaq sahələrini və yaxud əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 20000 (iyirmi min) manat pulun, çəkilmiş xərc olaraq 7100 (yeddi min yüz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizənin xx.xx.2025-ci il tarixli qərardadla icraatını mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclaslarını xx.xx.2025-ci il tarixə təyin etmişdir. Qeyd olunan tarixdə keçirilən məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər hazırlıq iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı, cavabdeh və ya onların nümayəndələrinin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar