Məhkəmə qərarları › İş №2(111)-106/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-106/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-106/2022 01.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh müqavilə üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilməmiş 320 manat əsas borc, 170 manat dəbbə pulu, ümumilikdə 490 manat məbləğində kredit borcunun və 30 manat məbləğində iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 22 avqust 2021-ci il tarixli № 116 satınalma müqaviləsinə əsasən cavabdehə Samsung Galaxy A02S markali mobil telefonu satmış, Cavabdeh isə malın dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun vaxtında və tam ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasan cavabdeh mobil telefonu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada malın qiymətini iddiaçıya qaytarmağı öhdəsinə götürür. Müqaviləyə və qoşması Əlavə-1-ə əsasən, cavabdeh tərəfindən malın dəyəri 6 (altı) ay ərzində ödənilməklə hissələrə bölünərək, hər ayın 29-u tam şəkildə ödənilməlidir. Eyni zamanda müqaviləyə əsasən müvafiq olaraq göstərilir ki, cavabdehin üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində gecikdirilən hər gün üçün müqavilə üzrə aylıq ödənişin 2% həcmində dəbbə pulu ödənilməsi müəyyənləşdirilir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün müqavilə üzrə 320 (üç yüz iyirmi) AZN əsas borc, 170 (yüz yetmiş) AZN dəbbə pulu, ümumilikdə 490 (dörd yüz doxsan) AZN ödənilməmiş borcu yaranmışdır. Müqaviləyə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri vaxtinda və lazımı qaydada yerinə yetirilməsi barədə öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulmasi ilə əlaqədar tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Bildirmək istəyir ki, cavabdeh tərəfindən bu günə kimi malın dəyərinin ödənilməsi bağlı heç bir köçürülmə olmamışdır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh ona olan 490 manat məbləğində borcun və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 520 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı etiraf edərək İddiaçı 490 manat borcu olduğunu bildirdi və iddianı etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir. Çünki, cavabdehin iddianı etiraf etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, cavabdeh tərəfindən iddia tələbi etiraf edilib və məhkəmə tərəfindən etiraf təsdiq edildiyindən iddia tələbi təmin olunmalı, Cavabdeh 490 manat pul alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat da Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 490 (dörd yüz doxsan) manat və iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar