Məhkəmə qərarları › İş №2(111)-114/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-114/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-114/2021 23.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "İddiaçı" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 652.56 (altı yüz əlli iki manat, 56 qəpik) manat, faiz borcuna görə 7.2 (yeddi manat, 20 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 659.76 (altı yüz əlli doqquz manat, 76 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" ASC-nin Mərkəz filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 652.56 (altı yüz əlli iki manat, 56 qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3, 2.4 bəndləri). 27 iyun 2019-cu il tarixli, MFNPU- 0078_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq hər ay 11.16 (on bir manat, 16 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 652.56 (altı yüz əlli iki manat, 56 qəpik) manat, faiz borcuna görə 7.2 (yeddi manat, 20 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 659.76 (altı yüz əlli doqquz manat, 76 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 17 may 2021-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış və bank müştəriyə 26.09.2013-cü il tarixli, MFNPU-0078 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədi ilə kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddəti 60 ay, illik faiz dərəcəsi 1 faiz müəyyən edilmişdir. İş materiallarında olan tərəflərin imzaladığı 27 iyun 2019-cu il tarixli, MFNPU- 0078_KMP saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, kreditin əsas məbləği 652.56 manat, ümumi ödənilməli məbləğ isə faiz borcu hesablanmaqla 673.26 manat təşkil edir və cavabdeh 27.07.2019-cu il tarixdən başlayaraq 27.06.2020-ci ilədək hər ay 0.60 manat, 27.07.2020-ci ildən 27.05.2024-cü ilədək 13.87 manat, son ödəmə tarixi olan 27.06.2024-cü ildə isə 14.17 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsinə əsasən "İddiaçı" ASC-yə 652.56 manat əsas, 7.2 manat faiz, cəmi 659.76 manat borcu vardır. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsinin 4.1.1.2-ci bəndinə əsasən kredit müqavilə üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank kreditin dərhal vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarında olan 16.04.2021-ci il tarixli 16-02/385 nömrəli bildirişdən görünür ki, iddiaçı "İddiaçı" ASC tərəfindən Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU- 0078_KMP saylı kredit müqaviləsinə əsasən banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "İddiaçı" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 30.04.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsindən yaranmış əsas borc üzrə 652.56 manat, faiz borcu üzrə 7.2 manat, ümumilikdə 659.76 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-0078_KMP saylı kredit müqaviləsindən yaranmış əsas borc üzrə 652.56 (altı yüz əlli iki manat, 56 qəpik) manat, faiz borcu üzrə 7.2 (yeddi manat, 20 qəpik) manat, cəmi 659.76 (altı yüz əlli doqquz manat, 76 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar