Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-116/2023 10.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh mənzilə və əşyalarına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Əhmədova X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzilinə vurulmuş ziyan -1 ədəd Samsung markalı televizor- 3500 manat, 1 ədəd Televizor tumbası- 500 manat, 1 ədəd masa və 8 ədəd stul- 2000 manat, 1 ədəd divan və 2 ədəd kreslo- 2800 manat, 1 ədəd yazı stolu- 350 manat, 1 ədəd 3 X 5 ölçüdə xalça- 1000 manat, 2 ədəd dekor, 1 ədəd tül, 1 ədəd günlük pərdə- 800 manat, mənzilin çöl tərəfə olan pəncərə- 300 manat, istilik sistemi (radiator)- 16 ədəd- 300 manat, 1 ədəd Çilçıraq- 600 manat, 1 ədəd otağın giriş qapısı- 300 manat, 1 otağın oboyu (divar kağızı)- 300 manat, pərdə asılqanı (korniz)- 100 manat, yanan otaqda dürmələnmiş xalça 2 ədəd- (1 əd. 300 manat olmaqla)- 600 manat, sol üstü süfrə 50 manat, 1 ədəd tozsoran- 500 manat 1 ədəd Elektrikli ət çəkən maşın- 300 manat, 2 ədəd komplekt boşqab dəsti- 700 manat, həmçinin baş vermiş yanğın hadisəsi ilə əlaqədar mənzilin 2 yataq otağı, kolidor, mətbəx, hamama əşyalarla birlikdə yararsız hala düşmüş və həmin sahələrin təmiri üçün 10.600 manat pulun, ümumilikdə cavabdehdən mənzilinə vurulmuş 25000 (iyirmi beş min) manat maddi ziyanın, 2000 (iki min) manat məbləğində mənəvi ziyan və məhkəməyə müraciət edərkən ödədiyim 171 (yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun və cavabdehin təqsiri üzündən uzaq məsafəyə gedib gəlməyi ilə əlaqədar xərclərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri yoxlayarkən müəyyən olunur ki, iddia ərizəsi İddiaçı tərəfindən verilməsinə baxmayaraq X3 tərəfindən nümayəndə kimi imzalanmış və X1 İddiaçı yaxın qohumu olmasını və yaxud vəkil kimi fəaliyyət göstərməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllədə yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda qeyd edilənlər isə özlüyündə iddiaçının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etməməsini təsdiq edir. Ona görə də belə hesab edirəm ki, İddiaçı Cavabdeh mənzilə və əşyalarına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan İddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 171 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1, 152.1.2, 152.1.5, 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh mənzilə və əşyalarına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 171 manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-116/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-116/2023
10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver