Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-133/2021 31.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 03.08.2019-cu il tarixli müqaviləyə əsasən Foriella- Dnepr yataq dəsti, Dnepr qonaq dəsti (stullarsız), VENETSİYA, ANGEL JURNAL MASA, DOSHEK URETAN, METBEX STULU, METBEX STOLU, VEGA X5 Uzun Sungerli üçün, 4192 (dörd min yüz doxsan iki) manat ödənilməmiş hissə, 1425.6 (bir min dörd yüz iyirmi beş, altmış) manat dəbbə, ümumilikdə 5617.6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5647.6 manat cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 03.08.2019-cu il tarixli müqavilələrə əsasən Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq dəsti (stullarsız), VENETSİYA, ANGEL JURNAL MASA, DOSHEK URETAN, METBEX STULU, METBEX STOLU, VEGA X5 Uzun Sungerli almış və nəticədə 5617.6 (beş min altı yüz on yeddi, altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4872 (dörd min səkkiz yüz yetmiş iki) manat (24 ay x 203 manat + 0 manat ilkin ödəniş) Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq dəsti (stullarsız), VENETSİYA, ANGEL JURNAL MASA, DOSHEK URETAN, METBEX STULU, METBEX STOLU, VEGA X5 Uzun Sungerli üçün ümumilikdə, 5617.6 (beş min altı yüz on yeddi, altmış qəpik) manat olmaqla ondan, 4192 (dörd min yüz doxsan iki) manat ödənilməmiş hissə, 1425.6 (min dörd yüz iyirmi beş, altmış qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 680 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş üzrə iddiaçı "xxxx" MMC-nin direktoru X2 məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə İddiaçı MMC arasında 03.08.2019-cu il tarixdə 00822463 nömrəli müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 03.08.2019-cu il tarixdə 00822463 nömrəli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən alqı-satqı qiyməti 4872 (dörd min səkkiz yüz yetmiş iki) manat (24 ay x 203 manat + 0 manat ilkin ödəniş) Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq dəsti (stullarsız), VENETSİYA, ANGEL JURNAL MASA, DOSHEK URETAN, METBEX STULU, METBEX STOLU, VEGA X5 Uzun Sungerli almışdır. Müqavilə üzrə ödəmənin son tarixi 15.08.2021-ci ildir. İddia ərizəsinə əlavə edilmiş 27 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq dəsti (stullarsız), VENETSİYA, ANGEL JURNAL MASA, DOSHEK URETAN, METBEX STULU, METBEX STOLU, VEGA X5 Uzun Sungerli üçün ödəmə müddətinin son tarixi 15.08.2021-ci il olmasına baxmayaraq cavabdehin müqavilə üzrə 4192 manat ödənilməmiş hissə, 1425.6 manat dəbbə pulu, cavabdehin 27.05.2021-ci il tarixə ümumilikdə 5617.6 (beş min altı yüz on yeddi, altmış) manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 680 manat təşkil edir. 28.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 03.08.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 27.05.2021-ci il tarixə 4192 manat ödənilməmiş hissə, 1425.6 manat cərimə borcu olmaqla, ümumilikdə 5617.6 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 27 may 2021-ci il tarixə cavabdehin İddiaçı MMC-yə olan borcunu əks etdirən maliyyə və ödəniş cədvəlini əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4192 manat ödənilməmiş hissə, 1425.6 manat cərimə borcu, ümumilikdə 5617.6 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 03.08.2019-cu il tarixli müqaviləyə əsasən Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq dəsti (stullarsız), VENETSİYA, ANGEL JURNAL MASA, DOSHEK URETAN, METBEX STULU, METBEX STOLU, VEGA X5 Uzun Sungerli üçün, 4192 (dörd min yüz doxsan iki) manat ödənilməmiş hissə, 1425.6 (bir min dörd yüz iyirmi beş, altmış) manat dəbbə, cəmi 5617.6 (beş min altı yüz on yeddi, altmış) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5647.6 (beş min altı yüz qırx yeddi, altmış) manat məbləğində vəsait tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-133/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-133/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver