Məhkəmə qərarları › İş №2(111)-137/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-137/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-137/2024 13.08.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2440 manat məbləğində dəymiş ziyan və 44.4 manat məbləğində ödədiyim dövlət rüsumunun tutularaq mən İddiaçı ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə ilə “Mercedes Benz C230” markalı **-HV-*** qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Həmin avtomobillə 17 dekabr 2023-cü il tarixdə Kəngərli rayon Xok kəndindən Naxçıvan şəhərinə getmək üçün ailəsi ilə birlikdə yola çıxmışlar. Sement zavod deyilən ərazidə “Mercedes Benz 208DKA” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil X11 qanunun tələblərini pozaraq anidən qarşısına çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə polis əməkdaşları gələrək qanuni araşdırmalar aparılmışdır. Ekspertiza təyin edildi. 05 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən hadisə “Mercedes Benz 208DKA” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Ekspert rəyi təqdim edildikdən sonra 08 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Cavabdeh barəsində 21 fevral 2024-cu il tarixli, ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Hadisə nəticəsində avtomobilinə 2440 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə İddiaçı oğluna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilməsini və qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə heç bir etirazının olmadığını, hadisə nəticəsində avtomobilin sol arxa təkərinin disklə bərabər tamamilə dəyişildiyini, sol ön təkərə də ziyan vurulduğundan onun da dəyişildiyini, ön patpristin çatladığını, lakin onun dəyişilmədiyini bildirərək dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, maşının bütün hissələrini qiymətini öyrəndiyini, sonra 1000 manat apararaq iddiaçıya barışıq təklif etdiyini, lakin onların razılaşmadıqlarını, ekspert rəyi ilə razı olduğunu, lakin hadisə zamanı maşının sol ön təkərinə və ön patpristinə heç bir ziyan vurulmadığını, ona görə də iddianın həmin hissəsi ilə razı olmadığını, qalan hissəni qəbul etdiyini, özünün rəsmi iş yerinin və heç bir əlavə gəlirinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Mülki işin icraatı zamanı avtomobil dəymiş ziyan barədə olan qaimə-fakturada qiymətlərin şişirdilməsi ilə əlaqədar cavabdehin vəsatəti əsasında məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunaraq rəy alınmışdır. İş materiallarında olan BD551342 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mersedes Benz C230 minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r. İş materiallarında olan ƏN-Vİİ 184744 nömrəli etibarnaməyə əsasən X5 “Mersedes Benz C230” markalı nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat qrupunun təhqiqatçısı X9 tərəfindən tərtib edilmiş 17 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən “Mersedes Benz C230” markalı **-HV-*** qeydiyyat nişanlı avtomobil Naxçıvan-Sədərək avtomobil yolunun Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman Çalxanqala kənd yolundan Naxçıvan-Sədərək avtomobil yoluna çıxan “Mersedes Benz 208 DKA” markalı **-BB-*** qeydiyyat nişanlı yük avtomobilini sağ kənarından vurmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Mersedes Benz C230” markalı **-HV-*** qeydiyyat nişanlı avtomobilin krlosuna (qanad sol ön), sol ön qapısına, sol güzgüsünə, sol arxa qapısına, sol arxa təkərinə və qapı spoylerinə ziyan dəymişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2024-cü il tarixli 24 nömrəli rəyinə əsasən istintaq tərəfindən göstərilən vəziyyətdə Mercedes Benz 208 DKA markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin 2,5 “STOP” (Dayanmadan keçmək qadağandır) yol nişanının tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən üstünlük nişanları yol ayırıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. 2,5 “STOP” (Dayanmadan keçmək qadağandır) üstünlük nişanının tələblərinə əsasən sürücü kəsişən yolda baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat qrupunun təhqiqatçısı X9 tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin 2,5 “STOP” (Dayanmadan keçmək qadağandır) yol nişanının tələblərinə uyğunsuzluq olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qəara Naxçıvan MR DYPİ-ə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan MR Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən 21 fevral 2024-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında olan Naxçıvan MR Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən 21 fevral 2024-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. İş materiallarında olan X7 tərəfindən verilmiş 07 fevral 2024-cü il tarixli AAT 071134 nömrəli qaimə-fakturaya əsasən İddiaçı avtomobilinə - krılo sol ön 160 manat, sol qapı ön 250 manat, sol güzgü qapı ön 120 manat, sol arxa qapı 200 manat, sol ön diski təmiri 50 manat, sol ön təkər 110 manat, razval balans 40 manat, sol arxa təkər 110 manat, dəmirçi 400 manat, malyar 600 manat, evakator 100 manat, qapı spoyleri 50 manat, ön patprist 200 manat, elektrik 50 manat qeyd edilməklə cəmi 2440 manat maddi ziyan dəydiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 625 nömrəli 24 iyun 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş mütəxəssis X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 071134 nömrəli qaiməfaktura (nöqsan aktı) məlumatlarına əsasən, 2007-ci il buraxılışlı, “Mersedes Benz C230” markalı **-HV-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Krlo (qanad sol ön) 140 manat, sol qapı ön 200 manat, sol güzgü 100 manat, sol arxa qapı 160 manat, sol ön təkər 90 manat, sol arxa təkər 90 manat, qapı spoyleri 50 manat, ön alın şüşə (patprest) 160 manat, dəmirçi işi 400 manat, rəngsaz işi (malyar) 600 manat, elektrik işi 50 manat, disk təmiri 50 manat, razval balans 40 manat, evakuator 100 manat qeyd edilməklə dəyişilməli olan ehtiyat hissələrinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 1030,00 manat, o cümlədən təmir bərpa işlərinin qiyməti 1240,00 manat təşkil etdiyi göstərilmişdir. Ekspertiza xərcinin dəyəri isə 40 manat təşkil etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 17 dekabr 2023-cü il tarixdə idarə etdiyi “Mersedes Benz C230” markalı **-HV-*** qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan-Sədərək avtomobil yolunun Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman Çalxanqala kənd yolundan Naxçıvan-Sədərək avtomobil yoluna çıxan “Mersedes Benz 208 DKA” markalı **-BB-*** qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində onunla toqquşmuş və nəticədə iddiaçının idarə etdiyi avtomobilin əzilməsi nəticəsində sol ön təkər və ön alın şüşə (patprest) çıxılmaqla krılo (qanad sol ön) 140 manat, sol qapı ön 200 manat, sol güzgü 100 manat, sol arxa qapı 160 manat, sol arxa təkər 90 manat, qapı spoyleri 50 manat, dəmirçi işi 400 manat, rəngsaz işi (malyar) 600 manat, elektrik işi 50 manat, disk təmiri 50 manat, razval balans 40 manat, evakuator 100 manat olmaqla iddiaçıya cəmi 1980 manat maddi ziyan dəymişdir. Qeyd edilən hallar tərəflərin məhkəmə verdiyi izahatlarla, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərlə və iş üzrə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli 625 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə öz təsdiqini tapmış, yol nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi nəticəsində onun sol ön təkərinə və ön alın şüşəsinə (patprestə) ziyan dəyməsi isə işin araşdırılan halları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 625 nömrəli 24 iyun 2024-cü il tarixli rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə iddiaçının ona dəymiş ziyana görə cavabdehdən 1980 manat məbləğində pul vəsaitinin alınıb verilməsı barədə tələbi əsaslı olduğundan təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 44.40 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 36 manatlıq hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə özünə aid edilməlidir. Məhkəmə işə baxılması ilə əlaqədar məsrəf olan iş ekspertiza xərcinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş ekspertiza xərci olan 40 manat Cavabdeh aid edilərək ondan alınıb Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1980 (min doqquz yüz səksən) manat və 36 manat dövlət rüsumunun əvəzi, cəmi 2016 (iki min on altı) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci olan 40 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X8 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar