Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qıvraq qəsəbəsi İş № 2(111)-139/2021 05.07.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu, Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan Kreditor Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Tələbkar Kreditor Borclu aliment tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ildə Borclu ilə rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər və birgə nikahdan 08.10.2020-ci il tarixdə X2 adlı bir uşaqları olmuşdur. Təbriz ilə yola gedə bilmədikləri üçün ayrılmış, uşaq da özünün himayəsində yaşayır. Uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Təbriz isə bir ata kimi uşağın saxlanmasında heç bir maddi köməklik etmir. Ona görə də məcbur qalıb aliment tələbi ilə bağlı Borclu aliment tələb edir və ondan 08.10.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulub ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş edir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin əsaslı olduğu təsdiq olunur. Həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikasının MPM-in 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan MR Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 157179 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Borclu ilə X3 arasında 21 may 2020-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əbilova” soyadı verilmişdir İş materiallarına əlavə edilmiş AZ-İV 627801 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 08 oktyabr 2020-ci il tarixdə X2 anadan olmuşdur. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu, yəni tələbin borclunun mübahisə edilməyən vəzifələrinə əsaslandığı təsdiq olunur. Tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verildiyindən və həmin tələb üzrə yenidən məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Borclu Kreditor xeyrinə tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərək belə nəticəyə gəlirəm ki, hər ay Borclu aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanununun 8.3-cü maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan qanunvericilik aktı normalarının tələblərinə əsasən hesab edirəm ki, Kreditor dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və məhkəmə əmri haqqında ərizə verildiyindən Borclu 20 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası МPМ-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq əmr edirəm: xx xxxx 1996-cı il tarixdə anadan olmuş, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi 05 iyul 2021-ci il tarixdən başlayaraq tutulub 08.10.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kreditor ödənilsin. Borclu 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-139/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(111)-139/2021
05.07.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver