Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-141/2023 18.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.4* manat pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı rəisi vəzifələrini icra edən baş ədliyyə müşaviri Elşad Əbdülrəhimzadə məhkəməyə 18 aprel 2*23-cü il tarixdə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarlmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və əlavə olunmuş sənədlər icraata götürmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.1.9, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı Cavabdeh vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-141/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-141/2023
18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver