Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-154/2020 30.11.2020 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona çatacaq 30.097 (otuz min doxsan yeddi) manat borcun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh müəyyən fasilələrlə ondan 32.075 manat (otuz iki min yetmiş beş) manat borc alıb. Bu, iddia ərizəsinə əlavə etdiyi cavabdehin şəxsən yazdığı və şəxsiyyəti haqqında məlumatları qeyd etdiyi sənəddə də göstərilir. Cavabdeh ona olan borcunu bir il ərzində ödəyəcəyinə söz versə də, bu günədək 1978 manat (bir min doqquz yüz yetmiş səkkiz) manat ödəmişdir. Beləliklə borc 30.097 manat (otuz min doxsan yeddi) qalmışdır. Abbasov yalançı, fırıldaqçı, “şirin diliylə” ilanı yuvasından çıxaran adamdı. O, bu xasiyyətləri ilə bir çox adamdan borc almış, ya uzun müddətdən sonra müəyyən vasitələrlə alınmış, ya da borc olaraq qalır. Adını bilmədiyi Kəngərli rayon Qarabağlar kənd sakini də borcunu Abbasovdan məhkəmə vasitəsi ilə almışdır. Abbasov dəfələrlə ona həftə ərzində 300-350 (üç yüz - üç yüz əlli) manat ödəyəcəyinə söz versə də, sözünə əməl etməyib. Son görüşlərində, yəni xx xxxxxx 2020-ci il tarixində əxlaqsız söyüşlər söyərək (“get məhkəməyə ver, onsuz da məndən heç nə ala bilməyəcəksən”) demişdir. Bu adam təqaüddə olan qardaşı Vəli Abbasovun orqandakı əlaqələrinə arxalanaraq ədalətin pozulacağına inanır. Amma çox səhv edir. Cavabdeh ona çatacaq 30.097 (otuz min doxsan yeddi) manat borcun geri qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək Cavabdeh sonuncu dəfə 2013-cü ilin mart ayı olmaqla müəyyən fasilələrlə cəmi 32075 manat borc pul verdiyini, həmin borcu 2013-cü ilin aprel ayında qaytaracağını söz verdiyini, bu barədə sənəd də imzaladığını, özünün isə Dostəliyə hər həftə 300 manat qaytarmasını təklif etdiyini və razılaşdıqlarını, Dostəlinin sonuncu dəfə 2020-ci ilin may ayı olmaqla cəmi 1978 manat pul qaytardığını, geri qalan 30.097 manat pulu qaytarmaq istəmədiyini, hətta pulu istədikdə ona qarşı təhqiramiz sözlər işlətdiyini, ona görə məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək Cavabdeh qalan borc 30097 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, 2013-cü ildə iddiaçının ona pul vermədiyini, iddiaçıdan 2004-cü ilin avqust ayında 2000 manat 10%-lə pul aldığını və hər ay 320 manat olmaqla 9 il iddiaçıya pul ödədiyini, iddiaçının verdiyi pulları faizlərlə hesablayır deyə, bu miqdarın gəlib ortaya çıxdığını, 2005-ci ildə uşağını müalicə etdirmək üçün Bakıya getdiyini və orada 1 ay qaldıqdan sonra qayıtdığını, həmin vaxt iddiaçıya 6 ay pul ödəmədiyini, 2013-cü ildə Şücaətlə yeyib-içdikləri vaxt, sərxoş vəziyyətdə Şücaətə 32075 manat borcunun olması barədə sənəd imzaladığını, lakin həqiqətdə həmin vaxt borcunun 3200 manat təşkil etdiyini, İddiaçı tərəfindən tərtib olunmuş ödənilən borclar haqqında məlumatı təsdiqləyərək ayrı-ayrı vaxtlarda ona 1978 manat pul ödədiyini, iddianın əsassız olduğunu göstərərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə məhkəmə baxışının gedişində Cavabdeh borcu olması barədə sənədə baxaraq həmin sənədi özünün yazdığını və imzaladığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən xx xxxx 2013-cü il tarixdə yazılmış və öz imzası ilə məzmununu təsdiqlədiyi əlyazmada o, yəni Cavabdeh İddiaçı “cəmi 32075 (32 min 75 manat) manat pul borcluyam, amma müəyyən səbəbdən qaytara bilmirəm. Çünki bir çox adamın mənə borcu var. Onlar borclarını qaytaran kimi, mən də sizin borcunuzu qaytaracağam. Mən namusum, şərəfim və qurana and içirəm ki, xx xxxxx 2013-cü ildə sənə olan borcumu qaytaracağam. Qaytarmasam məhkəməyə müraciət edə bilərsiniz” qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən tərtib olunmuş ödənilən borclar haqqında məlumata əsasən Cavabdeh İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək ayrı-ayrı vaxtlarda 144 manat, 144 manat, 200 manat, 200 manat, 40 manat, 150 manat, 140 manat, 100 manat, 120 manat, 80 manat, 70 manat, 50 manat, 100 manat, 100 manat, 100 manat, 100 manat, 40 manat, 50 manat, 50 manat olmaqla, cəmi 1978 manat pul ödəmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 30.097 (otuz min doxsan yeddi) manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında müxtəlif vaxtlarda şifahi borc müqavilələri bağlanmış və ümumilikdə cavabdeh iddiaçıdan 32075 manat borc pul almış və həmin borcu xx xxxx 2013-cü il tarixdə İddiaçı ünvanlanmış əlyazması ilə təsdiqləyərək etiraf etmiş və aldığı borc pulu 2013-cü ilin aprelin 01-nə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliyini pozaraq borcunu tam qaytarmamış, həmin borcdan sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat olmaqla cəmi 1978 manat qaytarmışdır. Haliyədə cavabdehin iddiaçıya pul borcu 30.097 (otuz min doxsan yeddi) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında şifahi borc müqavilələrinin bağlandığı dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin qüvvədə olan mətninə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı iddiası əsaslıdır, iddiaçı iddiasının əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə iddia tələbini qəbul etməsə də, göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də Cavabdeh İddiaçı xeyrinə 30.097 (otuz min doxsan yeddi) manat pul tutulmalıdır. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30.097 (otuz min doxsan yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-154/2020
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-154/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver