Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-168/2022 04.08.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, iş üzrə Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 21 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 11705.63 manat əsas borc, 1631.31 manat faiz borcu və 314.89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13651.83 manat borcun və 130.02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 aprel 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 21 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19.9 faizlə 36 ay müddətinə 13000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini ödəməkdən boyun qaçırır. 2022-ci ilin mayın 31-dək Cavabdeh banka 21 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 11705.63 manat əsas borc, 1631.31 manat faiz borcu və 1259.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14596.5 manat borcu vardır. Cavabdeh banka 21 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə olan cərimə borcu 1259.56 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 314.89 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında həqiqətən İddiaçı ASC-dən kredit götürdüyünü, iddiaçının tələb etdiyi məbləğlə razı olduğunu, tələb edilən məbləğə etirazı olmadığını, N saylı hərbi hissədə xidmət etdiyini, əmək haqqı azaldığından kredit borcunu ödəyə bilmədiyini göstərərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516-21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 19.9% dərəcəsi olmaqla 13000 manat məbləğində kredit vermişdir. - xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516-21 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 482.46 manat, son ödəniş tarixi olan xx.xx.2024-cü ildə isə 482.62 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516-21 nömrəli kredit müqaviləsinin 7.1 və 7.1.1-ci maddələrindən görünür ki, borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə kreditor krediti və ona hesablanmış faizi vaxtından əvvəl tələb edə bilər. - xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516-21 nömrəli kredit müqaviləsinin 2.5-ci bəndindən görünür ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180% dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. - xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 13000 manat məbləğində verilmiş kredit Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği 5 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516-21 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 11705.63 manat əsas borc, 1631.31 manat faiz borcu və 1259.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14596.5 manat borcu mövcuddur. İddia qaldırılarkən İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbz üzrə 127.53 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbz üzrə 2.49 manat və xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbz üzrə 1 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516-21 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin və cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, eləcə də cavabdehin ona qarşı qaldırılmiş tələbə dair heç bir etirazının olmamasını nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-Y-2- 0-516-21 nömrəli kredit müqaviləsi ləğv edilməklə, həmin müqavilə üzrə 11705.63 manat əsas borc, 1631.31 manat faiz borcu və 314.89 manat cərimə borcu olmaqla ümumilikdə 13651.83 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən tələb edilən 130.02 manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-Y-2-0-516- 21 nömrəli kredit müqaviləsi ləğv edilsin və Cavabdeh həmin kredit müqaviləsindən yaranmış 11705.63 manat əsas borc, 1631.31 manat faiz borcu və 314.89 manat cərimə borcu olmaqla ümumilikdə 13651.83 manat borc və 130.02 manat məbləğində dövlət rüsumu ümumilkdə 13781.85 (on üç min yeddi yüz səksən bir manat, səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-168/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-168/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver