Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-177/2021 12.11.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin sabit pul məbləğində müəyyən olunaraq artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(111)-225/2017 saylı məhkəmə əmri ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək 02 noyabr 2010-cu il təvəllüdlü X4 və 04 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər ay, hər bir uşağa 175 manat olmaqla, cəmi birlikdə 350 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 noyabr 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşam. Həmin nikahdan iki övladımız- 02.11.2010-cu il təvəllüdlü X4 və 04.11. 2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(111)-225/2017 saylı məhkəmə əmrinə əsasən iki uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment kəsildiyindən o hər ay hər bir uşağa 65 manat olmaqla iki uşağa cəmi birlikdə 130 manat aliment ödəyir. Aramızda olan nikah isə Cavabdeh iddiası əsasında Kəngərli Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(111)-13/2018 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən İnci ilə Röyal mənim yanımda saxlanılmışdır. Nağı 130 manat alimenti həmişə vaxtlı-vaxtında ödəyir, o pulu ödəməklə də valideynlik borcunun bitmiş olduğunu hesab edib, uşaqlarla bağlı yaranmış digər xərclərdə mənə köməklik göstərmir. Mən artıq uşaqlar böyüdüklərindən onların günü-gündən artan tələbatlarını, yeyib-içməklərini, geyimlərini, məktəb və digər ləvazimatlarını çatdırıb ödəyə bilmirəm. Özüm epilepsiya və şəkər xəstəsiyəm, öz dərmanlarımı çatdırıb ödəyə bilmirəm. Mənə yalnız anam köməklik göstərir. Bildiyimə görə Nağı Bakı şəhərində mağazada satıcı işləyir. Ona görə də alimentin artırılmasını istəyir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir yazılı və şifahi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz sayaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, işsiz olduğunu, xəstə olduğundan qazancını özünün müalicə olunmasına xərclədiyini, cavabdehin uşaqların heç bir tələbatı ilə maraqlanmadığını, cavabdehin verdiyi aliment uşaqların tələbatını tam qarşılamadığını, cavabdehin iki uşağa 280 manat ödəməsinə razı olduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AZ-İİİ 076538 nömrəli və AZ-İİİ 076552 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 02 noyabr 2010cu il tarixdə X4 və 04 noyabr 2012-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(111)-225/2017 saylı əmrinə əsasən Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi 19 sentyabr 2017-ci il tarixdən başlayaraq tutulub 02 noyabr 2010-cu il tarixdə doğulmuş X3 və 04 noyabr 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli 2(111)-13/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş və iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları - 02 noyabr 2010-cu il tarixdə doğulmuş X3 və 04 noyabr 2012-ci il tarixdə doğulmuş X2 anaları İddiaçı yanında qalması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 mart 2021-ci il tarixli arayışına əsasən Cavabdeh iki uşağın saxlanması üçün İddiaçı hər ay 130 manat aliment pulu ödəyir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(111)- 225/2017 saylı məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq 02 noyabr 2010-cu il tarixdə doğulmuş X3 və 04 noyabr 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə cavabdehin gəlirləri müəyyən olunmamışdır, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Həmçinin uşaqlar böyüməklə tələbatları artır və bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. İş üzrə cavabdehin də faktiki olaraq iki uşağa görə ödədiyi 130 manat aliment, uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyənləşdirildiyi bir halda qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilməklə aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. İddianı qismən təmin edərkən məhkəmə onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda göstərilənləri və 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların analarının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün 120 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə (12 x 240=2880) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 48,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(111)-225/2017 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh oğlundan hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq 02 noyabr 2010-cu il tarixdə doğulmuş X3 və 04 noyabr 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilsin. Cavabdeh 48,8 (qırx səkkiz manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-177/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-177/2021
12.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver