Məhkəmə qərarları › İş №2(111)-180/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-180/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-180/2021 27.09.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi əvəzi X1, İddiaçı ASC-nin Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinin təmin edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı ASC nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1482.82 manat əsas, 8.65 manat faiz olmaqla, cəmi 1491.47 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, iddia ərizəsi nümayəndə-X2 tərəfindən imzalanmış, materiallarda bankın digər əməkdaşının əmək kitabçasının təstiq olunmamış surəti əlavə olunmuş, bankın dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması barədə sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Ona görə də iddia ərizəsi icraata götürülməkdən imtina edilərək əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İş materiallarını nəzərdən keçirərkən etibarnamə üzrə səlahiyyət verilmiş şəxsin əmək müqaviləsinin, əmrdən çıxarışın, orderin olmaması və xidməti vəziyyəti göstərilmədiyindən iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-4.1.4-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. İddia ərizəsi qaytarıldığına görə X2 tərəfindən 13 sentyabr 2021-ci il tarixli, ********* №-li qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.2-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı ASC-yə izah olunmalıdır ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 263, 264 və 284-4.3-cü maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı ASC-nin Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinin təmin edilməsi barədə iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 tərəfindən 13 sentyabr 2021-ci il tarixli, ********* №-li qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı ASC-yə izah olunsun ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar