Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-197/2021 11.11.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 borcun alınması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "Azər-Türk Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.02.2020-ci il tarixli ******* sayli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehər Cavabdeh1 və Cavabdeh2 3062.03 (üç min altmış iki manat 03 qəpik) manat əsas, borcu 351.88 (uç yüz əlli bir manat 88 qəpik) manat faiz, cəmi 3413.91( üç min dörd yüz on üç manat 91 qəpik) manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynov 22 oktyabr 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək Cavabdeh1 tərəfindən borcun tam olaraq ödənildiyini, bu səbəbdən də Cavabdeh1 və Cavabdeh2 qarşı iddiadan imtina etdiklərini göstərərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı ASC tərəfindən 22 sentyabr 2021-ci il tarixdə hökümət ödəniş portalı vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 borcun alınması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynovun iddiadan imtinası qəbul edilərək həmin iş üzrə icraata xitam verilsin. İddiaçı ASC tərəfindən 22 sentyabr 2021-ci il tarixdə hökümət ödəniş portalı vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-197/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-197/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver