Məhkəmə qərarları › İş №2(111)-2/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-2/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-2/2021 18.03.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 19953 ABŞ Dolları məbləğində kredit borcu, 20978.99 ABŞ Dolları məbləğində faiz borcu və 8228.11 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 49160 (qırx doqquz min yüz altmış) ABŞ Dolları 1 (bir) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 04L000002671 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli 2671 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilərək kredit xəttinin məbləği 50000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 027R**********SB saylı, xx.xx.2016-cı il tarixli 027R**********SD saylı, xx.xx.2017-ci il tarixli 027R**********SE saylı, xx.xx.2017-ci il tarixli 027R**********SF saylı, xx.xx.2018-ci il tarixli 027R**********SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10047 ABŞ Dolları ödəmiş, onun 19953 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmağı üçün xx.xx.2019-cu il tarixə 330 gün üçün hesablanmış faiz borcu 20978.99 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 330 gün üçün hesablanmış cərimə 8228.11 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə məhkəmənin icraatında olan mülki iş üzrə Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələblərini müdafiə etdiklərini, təkrar ekspertizanın nəticəsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, lakin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlərin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 04L000002671 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli 2671 saylı sazişlə kredit saylı müqaviləsinə dəyişiklik və əlavələr edilərək kredit xəttinin məbləği 50000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 027R********** saylı kredit razılaşması əsasında xx.xx.2014-cü il tarixli 04L000002671 nömrəli (uzunmüddətli kredit müqaviləsi üzrə) müqaviləyə əsasən 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxx 2014-cü il tarixli qəbzindən görünür ki, 30.000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir; İddiaçı QSC-nin Lökbatan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 027S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin filialı ilə Cavabdeh1 arasında bağlanmış 04L000002671 nömrəli uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı QSC-nin Badamdar filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2012-ci il tarixli 042S000006192 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04L000002671 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı QSC-nin Badamdar filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 6192 nömrəli sazişə əsasən tərəflər arasında başlanmış xx xxx 2012-ci il tarixli 042S000006192 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Həmin dəyişiklikdə göstərilmişdir ki, Bank ilə Zamin arasında xx xxx 2012-ci ildə bağlanmış 04S000006192 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilsin və əlavə edilməklə həmin preambulada Kredit Xəttinin məbləği: 50.000 (əlli min) ABŞ dolları yazılsın. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və Borclunun Bank xx xxxxxx 2010-cu il tarixdə bağlanmış 04L000002671 saylı Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-cİ il tarixli 027R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh1 36 ay müddətinə ilk ayı 1044.11 ABŞ dolları, növbəti 5 ay 800 ABŞ dolları, növbəti 29 ay 1157 ABŞ dolları, sonuncu 1 ay isə 1155.87 ABŞ dolları məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli 027R**********SD nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh1 27 ay müddətinə ilk 6 ay 220 ABŞ dolları, növbəti 20 ay 1200 ABŞ dolları, sonuncu ay isə 14266.69 ABŞ dolları məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 027R**********SE nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh1 21 ay müddətinə ilk 6 ay 210 ABŞ dolları, 14 ay 1625 ABŞ dolları, sonuncu ay 14193.73 ABŞ dolları məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 027R**********SF nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh3 15 ay müddətinə ilk altı ay 200 ABŞ dolları, 8 ay 2694 ABŞ dolları, sonuncu ay 15691.4 ABŞ dolları məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 027R**********SG nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh3 9 ay müddətinə ilk 8 ay 200 ABŞ dolları, sonuncu ay 37807.01 ABŞ dolları məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür; İddiaçı QSC-nin xx xxxxxx 2019-cu il tarixli 13218 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2019-cu il tarixə Cavabdeh1 əsas məbləğ üzrə borcu 19953 ABŞ dolları, faiz üzrə borcu 20978.99 ABŞ dolları, cərimə borcu 8228.11 ABŞ dolları olmaqla, cəmi borcu 49160.1 ABŞ dolları təşkil edir; İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi kredit müqaviləsi üzrə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 32/20 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 027R********** nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixə (müqavilənin bitmə tarixinə) əsas borcu 25367.51 (iyirmi beş min üç yüz altmış yeddi) ABŞ dolları, faiz borcu 9614.71 (doqquz min altı yüz on dörd) ABŞ dolları təşkil edir. İş üzrə iddiaçının vəsatəti əsasında təkrar ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2113 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və əlavə sazişlərin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 34482.80 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 21301.68 ABŞ dolları, faiz borcu üzrə 13181.12 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış sualda göstərilən kredit razılaşmasında kredit üzrə gecikdirilmiş ödənişlərə görə cərimənin hesablanması kredit razılaşmasının müddətindən sonraya aid edilmişdir. Yəni ödəniş cədvəli üzrə aylıq ödənişlərin gecikdirilməsinə cərimə hesablanmamalıdır. Bu səbəbdən hazırkı tədqiqatla cərimə hesablanmadı. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də Cavabdeh2 və Cavabdeh3 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2113 nömrəli rəyini və iş materiallarına əlavə edilmiş sənədləri əsas götürüb hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsində qismən təmin edilməli, 21301.68 ABŞ dolları məbləğində əsas kredit borcu və 13181.12 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 34482.80 ABŞ dolları cavabdeh şəxslərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda işin araşdırılan halları ilə müəyyən olunur ki, kreditor iddia ərizəsində və maliyyə arayışında 027R********** saylı kredit razılaşması əsasında xx.xx.2014-cü il tarixli 04L000002671 nömrəli (uzunmüddətli kredit müqaviləsi üzrə) müqaviləsi üzrə əsas borca hesablanmış 8228.11 ABŞ dolları məbləğində cərimə borcu olduğunu göstərsə də, tələb etdiyi 8228.11 ABŞ dolları cərimə borcunun yaranma tarixi və cəriməninm hesablanması qaydasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 8228.11 ABŞ dolları məbləğində cərimə tələbi iş materiallarında və eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəylərində öz təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir ki, Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə mövqeyi ondan ibarət olmuşdur ki, müqavilədə nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində iddiaçı bank vurulmuş zərərireal zərəri və əldən çıxmış faydanı tələb etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin olunaraq 027R********** nömrəli kredit razılaşması üzrə 21301.68 ABŞ dolları məbləğində əsas borc, 13181.12 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 34482.80 ABŞ dolları məbləğində borc müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmalı, 21.04 manat dövlət rüsumu iddiaçının xeyrinə və iş üzrə 200 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 027R********** nömrəli kredit razılaşması üzrə 21301.68 (iyirmi bir min üç yüz bir, altmış səkkiz) ABŞ dolları məbləğində əsas borc, 13181.12 (on üç min yüz səksən bir, on iki) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 34482.80 (otuz dörd min dörd yüz səksən iki, səksən) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 21.04 (iyirmi bir, sıfır dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar