Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-211/2021 27.12.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 (bundan sonra “Finca Azərbaycan" QBKT MMM) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QBKT MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6440.20 manat əsas, 453 manat faiz, 0.00 manat cərimə, cəmi 6893.20 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı QBKT MMM-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli, **********0356 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 25.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cadvəlinə əsasən borclunun hər ay 158 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə X3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin 14.11.2019-cu il tarixli, **********0356 sayli kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 1358 nömrəli sərəncamına müvafiq olaraq 02.06.2020-cı il tarixli **********0035 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 8047 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, 28.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 6440.20 AZN, faiz borcuna görə 453.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 6893.20 (altı min səkkiz yüz doxsan üç manat, iyirmi qəpik ) AZN təşkil edir. İş üzrə iddiaçı “Finca Azərbaycan" QBKT MMM-nin nümayəndəsi X2 məhkəməyə teleqram göndərərək mülki iş üzrə məhkəmə baxış iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasını bankın nümayəndəsinin məhkəmə iclasını iştirakları olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, tələb olunan məbləğlə razı olduğunu, işləmədiyinə görə krediti ödəyə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh2 izahatında iddianı qəbul etdiyini, tələb olunan məbləğlə razı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehlərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 25% hesablanmaqla, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 14 noyabr 2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə İddiaçı QBKT MMM arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh1 oğlunun bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək kredit alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 14.11.2019-cu il tarixli mədaxil aktından görünür ki, İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaiti Cavabdeh1 üzərində “Fincard” adı qeyd edilmiş, **********885902 saylı kredit kartında ona təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 28.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 ilə İddiaçı QBKT MMM arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli müqavilə üzrə Cavabdeh1 banka 6440.20 manat əsas, 453 manat faiz, ümumilikdə 6893.20 manat borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsinin 2.1.4-cü bəndindən görünür ki, kredit alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş materiallarına əlavə edilmiş İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsinin resturukturizasiyasına dair 02.06.2020-ci il tarixli, **********0035 nömrəli sazişdən görünür ki, bu saziş etibarnamə əsasında fəaliyyət göstərən X4 və Cavabdeh1 arasında bağlanılmış, sazişin imzalandığı tarixə qalıq borc 8047 manat, faiz dərəcəsi 25%, ödənilmə müddəti isə 17 ay göstərilmişdir. İş materiallarına əlavə edilmiş 23.09.2021-ci il tarixli 005XOH********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı QBKT MMM tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə Cavabdeh1 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək İddiaçı QBKT MMM-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq və eləcə də Cavabdeh2 ilə bank arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından İddiaçı QBKT MMM-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 28.09.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsindən yaranmış 6440.20 manat əsas, 453 manat faiz ümumilikdə 6893.20 manat məbləğində borc İddiaçı QBKT MMM-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada İddiaçı QBKT MMM-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, **********0356 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6440.20 manat məbləğində əsas borc, 453 manat məbləğində faiz borcu, cəmi 6893.20 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 6923.20 (altı min doqquz yüz iyirmi üç, iyirmi) manat məbləğində pul tutularaq İddiaçı QBKT MMM-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-211/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-211/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver