Məhkəmə qərarları › İş №2(111)-220/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-220/2022

19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-220/2022 19.10.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, sabit pul məbləğində müəyyənləşdirilərək, 18 mart 2008-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 193 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1993-cü ildə evlənmişlər, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlardan ikisi artıq yetkinlik yaşına çatmışdır. Digər biri isə - 18 mart 2008-ci ildə təvəlludlü X7 isə onun himayəsində yaşayır. Nikahları Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə cavabdehdən hər ay aylıq qazancının üçdə bir hissəsi tutulub iki uşağın saxlanılması üçün ona ödənilməsi qət olunmuşdur. Aliment qət olunduqdan sonra uşağın biri yetkinlik yaşına çatdığından cavabdeh bir uşaq üçün cəmi ayda 60 manat pul ödəyir. Bundan başqa uşağın heç bir qayğısına qalmır, onun digər tələbatları ilə maraqlanmır. 60 manat isə bir uşağın saxlanılması üçün hazırkı vəziyyətdə çox azdır. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından məqsədəmüvafiq deyil. Bundan başqa uşağın biri yetkinlik yaşına çatdığına görə şərait və maddi vəziyyət dəyişmişdir. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş alimentin sabit pul məbləğində müəyyən olunmasını istəyir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, cavabdehlə 1993-cü ildə ailə həyatı qurduğunu və birgə nikahdan 4 uşaqlarının dünyaya gəldiyini, Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu və həmin qətnamə ilə Cavabdeh iki uşağa görə hər ay aylıq qazancının üçdə bir hissəsi aliment kimi tutularaq ona ödənilməsinin qət olunduğunu, aliment müəyyən olunduqdan sonra uşaqlardan birinin yetkinlik yaşına çatdığını, həmin vaxtdan cavabdehin hər ay 42 manat aliment ödədiyini, cavabdeh tərəfindən ödənilən bu məbləğin uşağın tələbatlarını qarşılamadığını, özünün heç bir yerdə işləmədiyini, bir qadın olaraq uşağı saxlamaqda çətinlik çəkdiyini, oğlunun 9-cu sinif şagirdi olduğunu, hazırlıqlara getdiyini, onun təhsili ilə bağlı tələbatları ödəməkdə çətinlik çəkdiyini, iş üzrə cavabdehin qazancı barədə məlumatının olmadığını göstərərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qəbul etdiyini, ikinci qrup əlil olduğunu və 268 manat pensiya aldığını, heç bir yerdə işləmədiyini, bir uşağın saxlanması üçün 42 manat aliment ödədiyini və həmin alimentin hər ay pensiyasından tutulduğunu, bugünkü gündə 42 manatın bir uşağın saxlanmasında çox az bir məbləğ olduğunu, bunu qəbul etdiyini, lakin hazırda iddiaçının iddia ərizəsində göstərdiyi məbləği ödəyəcək imkanının olmadığını, sadəcə 100 manat aliment ödəyə biləcəyini, iddianın qismən təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İİ 165454 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 18 mart 2008-ci il tarixdə X11 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(111)-13/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları – 09 iyul 2001-ci il tarixdə doğulmuş X3 və 18 mart 2008-ci il tarixdə doğulmuş X5 anasının yanında qalmaları müəyyən olunmuş və Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment kimi tutularaq 09 iyul 2001-ci il tarixdə doğulmuş X3 və 18 mart 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 173775 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Süleymanova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon şöbəsi tərəfindən verilmiş 11 saylı vəsiqəyə əsasən Cavabdeh İİ qrup əlilliyə görə 01 yanvar 2016-cı ildən müddətsiz pensiya təyin olunmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(111)-13/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq 18 mart 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(111)-13/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları - 09 iyul 2001-ci il tarixdə doğulmuş X3 və 18 mart 2008-ci il tarixdə doğulmuş X5 analarının yanında qalmaları müəyyən olunmuş və Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment kimi tutularaq 09 iyul 2001-ci il tarixdə doğulmuş X3 və 18 mart 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İbrahimova (Süleymanova) Minurə Şükür qızına ödənilməsi qət edilmiş, aliment müəyyən olunduqdan sonra iş üzrə aliment müəyyən olunmuş yetkinlik yaşına çatmayan uşaqlardan biri yetkinlik yaşına çatmışdır. İş üzrə iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, haliyədə də birgə nikahdan doğulmuş digər uşaq - 18 mart 2008-ci il tarixdə doğulmuş X7 anasının - iddiaçının himayəsində yaşayır. Uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyən olunmasını istəyir. Həmçinin uşaq da böyüməklə tələbatları artmış və bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. Uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyənləşdirildiyi bir halda, iş üzrə cavabdehin faktiki olaraq ödədiyi 42 manat aliment qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Cavabdehin 2-ci qrup əlil olması, heç bir yerdə işləməməsi, əlilliyə görə aldığı təqaüddən başqa heç bir qazancının, gəlirinin olmaması ilə bağlı məhkəmə qeyd edir ki, bu hallar cavabdehin övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ödəmə qabiliyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 140 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (140x12=1680) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 36,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(111)-13/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq 18 mart 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 36,80 (otuz altı manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar