Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-226/2024 28.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “Borc Müqaviləsi”ndə nəzərdə tutulmuş 3060 (üç min altmış) manat nəğd pulun, 300 ( üç yüz) manat dəbbə (faiz) pulu və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi 3.415 ( üç min dörd yüz on beş) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kəngərli rayonunun Qarabağlar kənd sakini, qazi və uzaq qohumu olan Cavabdeh 2024-cü ilin aprel ayında yaxınlaşaraq şəxsi minik maşını ilə Naxçıvan şəhərində qəza törətdiyini, qəzada bir qadının xəsarət aldığını, xəstəyə maddi köməklik göstərdiyini, buna görə xərcə düşdüyünü, həmçinin Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən “Respublika Psixi Dispanseri”ndə müalicə almasının zəruri olduğunu, həmin dispanserdən xəstəlik arayışı almasa pensiyasının kəsiləcəyini, "xxxx" ASC-nin pul tələbi barədə iddiası Kəngərli Rayon Məhkəməsinin icraatında olduğu, bu işlə əlaqədar sənədin Bakı şəhərindən alınmasını, alınmasa 10.000 manat ödəməli olacağını bildirərək, maddi kömək göstərilməsini xahiş etmişdir. Cavabdehin uzaq qohum və qazi olduğunu nəzərə alaraq, “Borc Müqaviləsi” əsasında ona 3060 (üç min altmış) manat nağd pul vermişdir. Söhbət zamanı cavabdeh təklif etmişdir ki, o, hər ay pensiyasından 400 (dörd yüz) manat çəkmək üçün pensiya kartını ona verəcək, qalıq pullar ona qalacaqdır. Son 4 ayda kartdan pul çəkmək istəyərkən məlum oldu ki, onun müxtəlif fiziki və hüquqi şəxslərə, bank sektorlarına külli miqdarda borcu olduğundan müvafiq dövlət qurumunun göstərişi ilə aldığı məvacib borclara yönəldilir. Qazi adı altında vətəndaşların etibarından sui-istifadə edən Cavabdeh götürdüyü öhdəliyi vaxtında yerinə yetirməsini tələb etdikdə, müxtəlif bəhanələrlə vaxt qazanmağa cəhd etdiyindən, işin məhkəmədə araşdırılmasına ehtiyac vardır. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək Cavabdeh qohumu və tanışı olduğunu, 2024-cü ilin aprel ayında Qabilin ona Naxçıvan şəhərində bir qadını maşınla vurduğunu, həmin qadını müalicə etdirdiyini, buna görə pula ehtiyacı olduğunu, İİ dərəcəli əlilliyinin olduğunu, pensiyasının kəsilməməsi üçün Azərbaycan Respublikası psixi xəstəliklər dispanserinə getməli olduğunu, həmçinin Bakı şəhərində qəza keçirdiyini, həmin qəzaya görə “Atəşgah sığorta” şirkətinin ona məhkəmədə 10000 manat miqdarında iddia qaldırdığını, buna görə də Bakı şəhərindən polisdən arayış almalı olduğunu deyərək ondan pul istədiyini, Qabilə inandığını və müqavilə bağlayaraq ona 3060 manat pul verdiyini, Qabil də borcunun qarşılığında əlilliyi ilə əlaqədar 1200-1400 manat pensiya aldığı kartını ona verərək hər ay həmin kartdan 400 manat çəkməsini, qalan pulu özünə qaytarmasını dediyini, Qabildən kartı aldığını, lakin hər ay pulu gəlib özünün çəkib verməsinin dediyini, 1-2 ay keçdikdən sonra kartda pul olmadığını və kartın bloklandığını gördüyünü, Qabilə bunu deyən zaman onun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən ona pul veriləcəyini dediyini, amma yenə də ödəmədiyini, bu barədə polisə də müraciət etdiyini, orada Qabilin onu tanımadığını dediyini, sonra danışaraq 200 manat ödəyəcəyinə razılığa gəldiklərini, 1 ay sonra isə satmaq üçün siqaret gətirdiyini, həmin siqaretlər gömrükdə tutulduğundan ödəyə bilməyəcəyini dediyini, buna görə də məcbur qalaraq məhkəməyə müraciət etdiyini bildirərək iddiasının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarında olan 23 aprel 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 3060 manat borc pul almış və həmin borcu hər ay 400 manat olmaqla geri qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Kapital Bank tərəfindən verilmiş 5103 0716 6983 5072 hesab nömrəli 05/26 tarixinədək etibarlı olan debit kartından görünür ki, həmin kart Cavabdeh məxsusdur. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 31343-6/2-İ-11419/11/24 nömrəli cavab məktubundan görünür ki, İddiaçı şikayəti əsasında Naxçıvan Şəhər Polis idarəsində araşdırma aparılmış, araşdırma aparılarkən Cavabdeh İddiaçı 3060 manat borcunun olduğunu səmimi etiraf etmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iş üzrə İddiaçı 55 manat məbləğində dövlət rusumu ödəmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3060 (üç min altmış) manat alınaraq İddiaçı ödənilməli, iddianın 300 manat dəbbə pulu (faiz)-ə dair hissəsi isə rədd edilməlidir. Belə ki, iddiaçının izahatı və təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Xudiyev X2 Vahid Kamil oğlu ilə yazılı borc müqaviləsi bağlamaqla ondan 3060 manat borc pul almış və həmin borcu hər ay 400 manat olmaqla geri qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi yerinə yetirməyərək bu günə kimi həmin borcu qaytarmamışdır. Ona görə də İddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının borcludan dəbbə pulunun tələb etməsinə münasibətdə qeyd edir ki, təqdim edilmiş borc müqaviləsində dəbbə pulunun ödənilməsi barədə heç bir qeyd aparılmamış, şərtləndirilməmiş və borclu öhdəlik kimi üzərinə götürməmişdir. İddiaçı isə iddianın 300 manat dəbbə pulu (faiz) hissəsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və dəbbə (cərimə) məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3060 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun hesablama qaydasına əsasən 3360 manat iddia məbləğinə görə ödənilməli olan dövlət rüsumu 53.6 manat olmalıdır. İş üzrə iddiaçı isə 55 manat ödəməklə 1.4 manat artıq dövlət rüsumu ödəmişdir. Ona görə də artıq ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 53.6 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 48.81 (qırx səkkiz manat, səksən bir qəpik) manatlıq hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3060 (üç min altmış) manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 48.81 (qırx səkkiz manat, səksən bir qəpik) manat, cəmi 3108,81 (üç min yüz səkkiz manat, səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən 12 avqust 2024-cü il tarixli ********** nömrəli qəbzlə artıq ödənilmiş 1,40 (bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-226/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-226/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver