Məhkəmə qərarları › İş №2(111)-235/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-235/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-235/2023 31.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödəniməsi” tələbi barədə mülki iş üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödəniməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsini və Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə dəymiş 277.59 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 307.59 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X1 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Kəngərli Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə dəymiş maddi ziyanın xx.xx.2023-cü il tarixində tam ödənildiyindən mülki iş üzrə icraatın baxılmamış saxlanılmasını və iş materiallarının iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə geri qaytarılmasını, həmçinin “Azəriqaz” İsehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixində dövlət rüsumuna görə ********** nömrəli mədaxil qəbzi əsasında Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin hesabına ödənilmiş 30.40 manat məbləğində pulun, həmin rüsumun ödənildiyi Bank kodu: 805250, SWİFT: İBAZAZ2X, Kartın İBAN nömrəsi: AZ98İBAZ******************** saylı bank hesabına geri qaytarılması barədə qərardad qəbul edilməsini və qərardadın icrasının Azərbaycan Respublikasının Mərkəzi Bankına, Maliyyə Nazirliyinə, Azərbaycan Beynəlxalq Bankı ASC-yə həvalə edilməsinə dair icra vərəqəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 13, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödəniməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Geri qaytarılan dövlət rüsumu Bank kodu: 805250, SWİFT: İBAZAZ2X, Kartın İBAN nömrəsi: AZ98İBAZ******************** saylı bank hesabına ödənilsin. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə izah olunsun ki, ərizədə qeyd edilən hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar