Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-293/2025 05.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X9 Sadət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin tutulması qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulması qaydasının dəyişdirilərək, sabit pul məbləğində müəyyənləşdirilərək, Cavabdeh hər ay sabit pul məbləğində 246 manat (hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən misli həddində) aliment tutulub 08 iyun 2010cu il tarixdə doğulmuş X1 üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2004-cü ildə evlənmişdir. Birgə nikahdan 08 iyun 2010-cu il tarixdə X7 adında uşaqları doğulmuşdur. Nikahları Kəngərli Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə Cavabdeh aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment alınıb ona ödənilməsi qət olunmuşdur. Cavabdehin rəsmi iş yeri yoxdur və alimenti də hərdən bir məbləğdə (80-100 manat) ödəyir. Ona görə də onun ödədiyi alimentin sabit pul məbləğində müəyyən olunmasını istəyir. 2018-ci ilə nisbətən 2025-ci ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaq da böyüyərək tələbatları artmışdır. Cavabdeh isə alimentdən başqa uşağın başqa tələbatları ilə maraqlanmır, onun qayğısına qalmamaqla səhhəti və təhsili ilə də bir dəfə də olsun maraqlanmayıb. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş alimentin tutulması qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunmasını istəyir. Cavabdehlə mediasiya təşkilatında da barışıq əldə olunmamşdır. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, qızı Sevinc Abbaslının artıq 16 yaşına keçdiyini, bir neçə fənn üzrə hazırlıqlara getdiyini, hazırlıqların pulunu çatdıra bilmədiyini, onun digər xərclərini də olduğunu, gənc qız olduğunu, xərclərinin çox çıxdığını, bu günədək 100 manat aliment aldığını həmin pulla uşağın saxlanmasında çətinlik çəkdiyini, alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etdiyini göstərmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişi göndərilməklə xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə iddiaçının iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfdən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 336726 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 08 iyun 2010-cu il tarixdə X7 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2(111)-129/2018 nömrəli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları - 08 iyun 2010-cu il tarixdə doğulmuş X3 anası X2 yanında qalması müəyyən olunmuş və Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi aliment kimi tutularaq 08 iyun 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 175473 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Talıbova” soyadı verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2(111)-129/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulması qaydası dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində 200 (iki yüz) manat tutularaq 08 iyun 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Çünki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir, işə baxılarkən iş üzrə cavabdehin rəsmi iş yerinin və müntəzəm qazancının olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə cavabdehin ödədiyi 100 manat aliment uşağın mənafeyi baxımından məqsədə müvafiq deyil və uşağın tələbatını ödəyə bilməz. İddianı qismən təmin edərkən məhkəmə onu da nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən olunmuş 200 manat aliment sonrakı artımlar nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun (200:400=0,5) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda göstərilənləri və 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün 200 manat aliment məqsədə uyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (12x100=1200) münasib olan 32 (otuz iki) manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2(111)-129/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulması qaydası dəyişdirilib, sabit pul məbləğində müəyyənləşdirilərək, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq 08 iyun 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov.
Məhkəmə qərarları › İş №2(111)-293/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-293/2025
05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver