Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-299/2022 08.12.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh mənzilə və əşyalarına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Əhmədova X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mənzilinə vurulmuş ziyan - 1 ədəd Samsung markalı televizor - 3500 manat, 1 ədəd televizor tumbası - 500 manat, 1 ədəd masa və 8 ədəd stul - 2000 manat, 1 ədəd divan və 2 ədəd kreslo - 2800 manat, 1 ədəd yazı stolu - 350 manat, 1 ədəd 3X5 ölçüdə xalça - 1000 manat, 2 ədəd dekor, 1 ədəd tül, 1 ədəd günlük pərdə - 800 manat, mənzilin çöl tərəfə olan pəncərə - 300 manat, istilik sistemi (rodiator) - 16 ədəd - 300 manat, 1 ədəd çilçıraq - 600 manat, 1 ədəd otağın giriş qapısı - 300 manat, 1 otağın aboyu (divar kağızı) - 300 manat, pərdə asılqanı (korniz) 100 manat, yanan otaqda dürmələnmiş xalça 2 ədəd - (1 ədədi 300 manat olmaqla) - 600 manat, stol üstü süfrə 50 manat, 1 ədəd tozsoran - 500 manat, 1 ədəd elektrikli ət şəkən maşın - 300 manat, 2 ədəd komplekt boşqab dəsti - 700 manat, həmçinin baş vermiş yanğın hadisəsi ilə əlaqədar mənzilin 2 yataq otağı, koridor, mətbəx, mənzilin döşəməsi (polu), hamam və əşyalarla birlikdə yararsız hala düşməsi ilə əlaqədar həmin sahələrin təmiri üçün 10600 manat, pulun ümumilikdə mənzilinə vurulmuş 25000 (iyirmi beş min) manat maddi ziyanın, 2000 (iki min) manat məbləğində mənəvi ziyan və məhkəməyə müraciət edərkən ödədidiyi 171 (yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun, cavabdehin təqsiri üzündən uzaq məsafəyə gedib gəlməyi ilə əlaqədar yola çəkəcəyi xərclərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin Məcəllənin 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinin tələbindən görünür ki, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı və ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onların təsdiq edən sübutların siyahısını, ərizəyə əlavə edilən sənədlərin siyahısını göstərməmiş və iddia ərizəsini imzalamamışdır. Həmçinin iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, həmin dövlət rüsumu eyni iddia ərizəsi ilə bundan əvvəl də məhkəməyə göndərilmiş, Kəngərli Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(111)-276/2022 saylı qərardadı ilə iddia ərizəsi qaytarıldığına görə həmin dövlət rüsumu da qaytarılmışdır. Buradan da görünür ki, hazırkı iddia ərizəsi üzrə dövlət rüsumu da ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla belə hesab edirəm ki, İddiaçı Cavabdeh mənzilinə və əşyalarına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilir. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kəngərli Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(111)-276/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 171 manat dövlət rüsumu ona geri qaytarıldığını nəzərə alaraq məhkəmə hazırkı iddia ərizəsinə yenidən əlavə edilmiş həmin dövlət rüsumunun qaytarılması məsələsinə toxunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1, 152.1.2, 152.2, 152.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh mənzilə və əşyalarına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-299/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-299/2022
08.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver