Məhkəmə qərarları › İş №2(111)-30/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-30/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-30/2021 26.01.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 (dörd min iki yüz əlli, iyirmi doqquz) AZN əsas, 967.83 (doqquz yüz altmış yeddi, səksən üç) AZN faiz borcu olmaqla cəmi 5218.12 (beş min iki yüz on səkkiz, on iki) AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən 299.88 (iki yüz doxsan doqquz, səksən səkkiz) AZN əsas, 87.20 (səksən yeddi, iyirmi) AZN faiz, cəmi 387.08 (üç yüz səksən yeddi, sıfır səkkiz) AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 4300 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən ona 57 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 (dörd min iki yüz əlli, iyirmi doqquz) AZN əsas, 967.83 (doqquz yüz altmış yeddi, səksən üç) AZN faiz, cəmi 5218.12 (beş min iki yüz on səkkiz, on iki) AZN borcu, xx.xx.2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən 299.88 (iki yüz doxsan doqquz, səksən səkkiz) AZN əsas, 87.20 (səksən yeddi, iyirmi) AZN faiz, cəmi 387.08 (üç yüz səksən yeddi, sıfır səkkiz) AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Cavabdeh İddiaçı ASC–nin xeyrinə xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 (dörd min iki yüz əlli, iyirmi doqquz) AZN əsas, 967.83 (doqquz yüz altmış yeddi, səksən üç) AZN faiz borcu olmaqla cəmi 5218.12 (beş min iki yüz on səkkiz, on iki) AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən 299.88 (iki yüz doxsan doqquz, səksən səkkiz) AZN əsas, 87.20 (səksən yeddi, iyirmi) AZN faiz, cəmi 387.08 (üç yüz səksən yeddi, sıfır səkkiz) AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki iş üzrə məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh mülki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş və xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi E.Əkbərovun və cavabdehin işə onların iştirakı olmadan baxılması barədə ərizələrini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının təqdim etdikləri sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətinə, illik 27.84% faiz dərəcəsi olmaqla, 4300 manat məbləğində kredit vermişdir. xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, borcalan xx.xx.2019-cu ildən başlayaraq hər ay 149.47 manat, son ödəniş xx.xx.2023-cü ildə isə 155.61 manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 4300 manat məbləğində verilmiş kredit Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən borclu Cavabdeh 300 manat məbləğində kredit xətti açılmış, kredit kartının son istifadə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Kredit kartı üçün illik xidmət haqqı 15 AZN müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, əsas borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 (dörd min iki yüz əlli, iyirmi doqquz) AZN əsas, 967.83 (doqquz yüz altmış yeddi, səksən üç) AZN faiz borcu olmaqla cəmi 5218.12 (beş min iki yüz on səkkiz, on iki) AZN borcu, xx.xx.2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən 299.88 (iki yüz doxsan doqquz, səksən səkkiz) AZN əsas, 87.20 (səksən yeddi, iyirmi) AZN faiz, cəmi 387.08 (üç yüz səksən yeddi, sıfır səkkiz) AZN borcu mövcuddur. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinin 7 və 7.1-ci maddəsinə, xx xxxxxxxx 2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinin 11.19 və 11.19.1-ci maddəsinə əsasən kredit alan tərəfindən bu müqavilələr üzrə borcların (əsas, faiz və digər borcla) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin qalıq məbləğinin və digər xərclərin müştəridən vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsi və xx xxxxxxxx 2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASCnin iş üzrə cavabdehdən əsas borcun bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 manat əsas, 967.83 manat faiz borcu olmaqla cəmi 5218.12 manat, xx xxxxxxxx 2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən 299.88 manat əsas, 87.20 manat faiz, cəmi 387.08 manat borc, ümumilikdə 5605.2 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 (dörd min iki yüz əlli, iyirmi doqquz) AZN əsas, 967.83 (doqquz yüz altmış yeddi, səksən üç) AZN faiz borcu olmaqla cəmi 5218.12 (beş min iki yüz on səkkiz, on iki) AZN, xx.xx.2019-cu il tarixli BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən isə 299.88 (iki yüz doxsan doqquz, səksən səkkiz) AZN əsas, 87.20 (səksən yeddi, iyirmi) AZN faiz, cəmi 387.08 (üç yüz səksən yeddi, sıfır səkkiz) AZN borc, ümumilikdə 5605.2 (beş min altı yüz beş, iki) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar