Məhkəmə qərarları › İş №2(111)-321/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-321/2023

28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-321/2023 28.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin dəyişdirilərək artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək sabit pul məbləğində müəyyənləşdirilərək Cavabdeh sabit pul məbləğində 220 manat tutulub 15 iyun 2008-ci tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh bir uşağa görə 60 manat olmaqla cəmi 180 manat aliment tutulub 12 may 2002-ci il tarixdə doğulmuş X4, 17 yanvar 2004-cü il tarixdə doğulmuş X5 və 15 iyun 2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət olunmuşdur. Aliment qət olunduqdan sonra uşaqlardan ikisi - 12 may 2002-ci il tarixdə doğulmuş X7 və 17 yanvar 2004-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatmışlar. Digər uşaq 15 iyun 2008-ci il tarixdə doğulmuş X3 isə o təkbaşına saxlayır. Göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə vəziyyətində ciddi dəyişiklik olmuşdur. Həmçinin 2017-ci ilə nisbətən 2023-cü ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaqlar da böyüyərək tələbatları artmışdır. Cavabdeh isə 60 manat ödəməklə uşağın digər qayğılarından yayınır. Onun başqa tələbatları ilə maraqlanmır, uşağın qayğısına qalmamaqla səhhəti və təhsili ilə də bir dəfə də olsun maraqlanmayıb. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, həqiqətən də cavabdehin əlilliyinə görə aldığı sosial müavinət kartının ona verildiyini və hər ay həmin karta 150 manat pul vəsaitinin yükləndiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbinə etirazının olmadığını, lakin hazırda Naxçıvan MR Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, İİİ qrup əlil olduğunu, əlilliyə görə dövlət tərəfindən 150 manat sosial müavinət aldığını, aldığı sosial müavinətin hamısını iddiaçıya verdiyini, daha doğrusu həmin sosial müavinət alınmasına dair bank kartını uzun müddətdir ki, iddiaçıya verdiyini, bundan başqa işləmədiyindən və cəza çəkdiyindən 150 manatdan başqa ödəmək qabiliyyətinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş AZ-İV 168470 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iş üzrə tərəflərin 15 iyun 2008-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(111)-173/2017 nömrəli qətnaməsinə əsasən Kəngərli Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(111)-10/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək və hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat aliment tutularaq 12 may 2002-ci il tarixdə doğulmuş X4, 17 yanvar 2004-cü il tarixdə doğulmuş X5 və 15 iyun 2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 15 iyun 2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(111)-173/2017 nömrəli qətnaməsinə əsasən Kəngərli Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(111)-10/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat aliment tutularaq 12 may 2002-ci il tarixdə doğulmuş X4, 17 yanvar 2004cü il tarixdə doğulmuş X5 və 15 iyun 2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət olunmuşdur. Aliment müəyyən olunduqdan sonra iddiaçının himayəsində olan 12 may 2002-ci il təvəllüdlü X7 və 17 yanvar 2004-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatmış, yaşayış minimumu və həyat şərtləri dəyişmiş, uşaq da böyüməklə tələbatları artmışdır. Bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. Uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyənləşdirildiyi bir halda, iş üzrə cavabdehin faktiki olaraq məhkəmə qətnaməsi ilə ödəməli olduğu 60 manat aliment də qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilərək artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ödəmə qabiliyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 150 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə (12 x 150=1800) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(111)-173/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 15 iyun 2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar