Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-58/2021 31.03.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı “xxxx” Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Qeyri-Bank Kredit Təşkilatı X3 (bundan sonra “xxxx” MM QBKT) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddianın təmin edilməsi, cavabdeh X2 əsas borc üzrə 2007.00 AZN, faiz borcuna görə 394.00 AZN, cərimə borcuna görə 38.86 AZN, cəmi 2439.86 (iki min dörd yüz otuz doqquz manat, səksən altı qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxx” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MM QBKT ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********3894 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansına verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərinə “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2020-ci il tarixli, **********3894 saylı kredit müqaviləsi, Covid-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixli **********0311 saylı yeni hesab nömrəli sazişlə resturukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2007.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh X6 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh X4 əsas borc üzrə 2007.00 AZN, faiz borcuna görə 394.00 AZN, cərimə borcuna görə 38.86 AZN, cəmi 2439.86 (iki min dörd yüz otuz doqquz manat, səksən altı qəpik) AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş üzrə iddiaçı “xxxx” MM QBKT-nin nümayəndəsi X7 məhkəməyə teleqram göndərərək mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək və məhkəmə baxışını onun iştirakı olmadan keçirib müvafiq qərar qəbul etməsi barədə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iş üzrə iddiaçının təqdim etdikləri sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********3894 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” MM QBKT borcalan X5 18 ay müddətinə, illik 28 faiz dərəcəsi olmaqla, 2000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********3894 nömrəli kredit müqaviləsindən görünür ki, borcalan xx.xx.2020-ci ildən başlayaraq hər ay 138.00 manat, son ödəniş xx.xx.2021-ci ildə isə 137.00 manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********3894 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli, **********0311 nömrəli sazişə əsasən 2007 manat qalıq borc, 28 faiz dərəcəsi, kreditin ödənilmə müddəti 16 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********0311 nömrəli sazişə əsasən borcalan xx.xx.2020-ci ildən başlayaraq 1-ci ay 20 manat, 2-ci ay 47 manat, 3-cü ay 48 manat, növbəti aylar 182 manat, son ödəniş tarixi olan xx.xx.2021-ci ildə isə 169 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********0311 nömrəli sazişin 4-cü bəndinə əsasən bu saziş əsas müqavilənin tərkib hissəsi hesab edilir, əsas müqavilə ilə müəyyən edilmiş və hazırkı saziş ilə dəyişdirilmiş şərtlərə münasibətdə bu sazişin şərtləri üstünlük təşkil edir, əsas müqavilə və onun bütün digər şərtləri öz qüvvəsini saxlayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********3894 nömrəli kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndlərinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktına əsasən görünür ki, kredit məbləği nağdsız qaydada üzərində “Fincard” adı qeyd edilmiş, **********472545 saylı kredit kartında cavabdeh X6 tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 “xxxx” MM QBKT-yə 2007.00 AZN əsas, 394.00 AZN faiz, 38.86 AZN cərimə, cəmi 3439.86 AZN borcu mövcuddur. İş materiallarında olan xx.xx.2021-ci tarixli, 005XOH********** nömrəli ödəniş qəbzindən görünür ki, “xxxx” MM QBKT tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, kreditor müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin borcalan müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx xxxxxx 2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh X2 xx.xx.2020ci il tarixli, **********3894 nömrəli kredit müqaviləsinə əsasən 2007.00 manat əsas, 394 manat faiz, 38.86 manat cərimə, cəmi 2439.86 manat məbləğində borc “xxxx” MM QBKT-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 xx.xx.2020-ci il tarixli, **********3894 nömrəli kredit müqaviləsinə əsasən 2007 (iki min yeddi) manat əsas, 394 (üç yüz doxsan dörd) manat faiz, 38.86 (otuz səkkiz, səksən altı) manat cərimə, cəmi 2439.86 (iki min dörd yüz otuz doqquz, səksən altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu “xxxx” MMQBKT-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-58/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-58/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver