Məhkəmə qərarları › İş №2(111)-65/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-65/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-65/2024 02.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona təhkim edilmiş elektron nəzarət vasitəsinə görə 2277.4* manat dəyərində pul məbləğinin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(**6)-168/2*22 saylı, *6.*4.2*22-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli 2 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 22.**-dan səhər saat *7.**-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin 27.*4.2*22-ci il tarixli göstərişi 1*.*5.2*22-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə məhkum Cavabdeh ünvanına 3 gün müddətində idarəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Məhkum N.Niftəliyev məcburi qaydada Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 13.*6.2*22-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə gələrək izahatı alınmış, onunla ilkin qaydada fərdi söhbət aparılmış və 13.*6.2*22-ci il tarixdə ona yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh barəsində 2 ay müddətində inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra müəyyən edilmişdir ki, məhkum ona təhkim edilmiş “Attenti” markalı mobil qurğunu itirmişdir. Bu barədə məhkumun 16.*9.2*22-ci il tarixdə izahatı alınmış və mobil qurğunun dəyərinin ondan tutulacağı ilə bağlı ona xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,4* manat təşkil edir. Cavabdeh cəzanın icrası qayda və şərtlərini pozduğuna görə icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(**6)- 7/2*23 saylı, *5.*1.2*23-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - *1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və azadlıqdan məhrum etmə cəzasının müddəti həmin həddə müəyyən olunmuşdur. Cavabdeh Xəzər Rayon Məhkəməsinin 7(**3)-1238/2*23 saylı, 25.*8.2*23-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmənin qərarı 25.*8.2*23-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və məhkumun yaşayış ünvanı üzrə icra edilməsi üçün *2.11.2*23-cü il tarixli məktubla Kəngərli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş üzrə iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı etiraf etdiyini, iddiaçının tələbinə etirazı olmadığını, hazırda işləmədiyindən iddiaçıya dəymiş ziyanın hissə-hissə gələcəkdə ödəyəcəyini bildirərək iddianın etiraf etməsi barədə yazılı ərizəsini məhkəməyə təqdim etmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi təsdiq edilərək iddia təmin edilməli, Cavabdeh 2277.4* manat pul alınaraq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Belə ki, cavabdehin iddianı etiraf etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Habelə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 22*.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 42,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*, 222, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2277.4* manat pul tutulsun və Bakı Şəhər Maliyyə İdarəsinin (müxbir hesab: AZ66CTRE*************21*7131; səviyyə kodu: 1; təsnifat kodu: 14233*; valyuta: azn, VÖEN: 17**446391) hesabına keçirilsin. Cavabdeh 42.8 (qırx iki manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar