Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-76/2022 29.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 08 oktyabr 2020-ci il təvəllüdlü X6 və 16 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)-139/2021 saylı əmri ilə cavabdehin aylıq qazancına dörddə bir hissəsinə olan nisbətdə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək iki uşağa görə cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 27 dekabr 2019-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə sakini Cavabdeh ilə ailə qurmuş, nikahları 21 may 2020-ci il tarixdə Kəngərli rayon Qeydiyyat Şöbəsində (44 № ilə qeyd edilmişdir) rəsmi nikah qeydiyyatına alınmışdır. Onların bu nikahdan iki övladları - 08.10.2020-ci il təvəllüdlü X9 və 16.12.2021-ci il təvəllüdlü X8 doğulmuşlar. İlk vaxtlar ailə münasibətləri yaxşı olmuş, ailə təsərrüfatını birgə idarə etmişlər. Bir müddət xasiyyətilərinin uyğun gəlməməsi səbəbindən tez-tez ailə məişət zəminində mübahisələr edir, cavabdeh ona şiddət uyğulayırdı. Bu səbəbdən də o, bir müddət ayrı yaşamaq məqsədi ilə Şərur rayon Danyeri kəndinə valideynlərinin yanina gəlmişdir. İlk övladları doğulduqdan sonra 11 dekabr 2020ci il tarixdə Cavabdeh gəlib onu azyaşlı övladı ilə birlikdə Qıvraq qəsəbəsinə aparmışdır. Bir müddət münasibətləri yaxşı olsa da, daha sonra cavabdehin valideynlərinin müdaxiləsi səbəbindən münasibətləri yenidən korlanmış və yenə də tez-tez mübahisələr etməyə başlamışlar. O, artıq cavabdehin bu kimi hərəkətlərinə dözməyib anası X5 olanlar barədə bildirmiş və onu gəlib aparmasını xahis etmişdir. 2021-ci il iyun ayının 19-da anası Təranə İsmayılova bizə gəlmiş, o, anası ilə birlikdə Şərur rayon Danyeri kəndin qayıtmışdır. Həmin tarixdən onla ayrı yaşayırlar. Cavabdeh bu müddət ərzində onlarla maraqlanmır, hər hansı bir maddi dəstək göstərmirdi. Özü isə uşaq azyaşlı olduğundan heç bir yerdə işləmirdi. Gündəlik tələbatlarını anası qarşılayırdı. Ona görə də Kəngərli rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etmiş, Kəngərli rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(111)-139/2021 saylı Məhkəmə əmrinə əsasən 08.10.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Bildirir ki, onların bu nikahdan artıq ikinci övladı 16.12.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh uşaqlarla maraqlansa da, təyin edilmiş alimentin miqdarından başqa hər hansı bir maddi dəstək göstərmir. İki azyaşlı uşağı təkbaşına saxlamaq onun üçün çətindir. İkinci uşağa görə aliment ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etsə də, Cavabdeh hər vasitə ilə ikinci uşağa görə aliment ödəməkdən yayınır. Aralarında olan mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sesiyasının vaxtı və yeri Cavabdeh bildirilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də, mediasiya şurası tərəfindən 15.02.2022ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH-14455 saylı arayış verilmişdir. Cavabdehin bu günə kimi ödədiyi alimentin məbləği iki uşaq üçün Azərbaycan Respublikasinda uşaqlar üçün müəyyən olunmuş minimum dolanacaq məbləğindən çox aşağıdır. Cavabdeh aliment ödəməkdən başqa uşağın digər xərcləri ilə maraqlanmır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək uşaqların saxlanmasında çətinlik çəkdiyini, əvvəllər Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)-139/2021 saylı əmri ilə bir uşağa görə cavabdehin aylıq qazancının dörddə bir hissəsi miqdarında ilk uşağı olan X1 üçün aliment kəsildiyini, daha sonra isə birgə nikahdan X3 olduğunu və cavabdeh uşaq anadan olandan maddi cəhətdən ona heç bir köməklik göstərmədiyini, hazırda hər iki uşağa görə aliment kəsilməsini istədiyini, cavabdehin bir uşağa görə 290 manat aliment ödədiyini, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)-139/2021 saylı əmri ilə bir uşağa görə cavabdehin aylıq qazancının dörddə bir hissəsinə olan nisbətdə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək iki uşağa görə cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş, telefonla əlaqə saxlayaraq hərbi təlimdə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrlü hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 157179 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 21 may 2020-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əbilova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 627801 nömrəli və AZ-İV 631777 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 08 oktyabr 2020-ci il tarixdə X9 və 16 dekabr 2021-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)- 139/2021 nömrəli əmrinə əsasən xx xxxx 1996-cı il tarixdə anadan olmuş, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay aylıq qazancının və ( və ya) başqa gəlirlərinin dörddə bir hissəsi 05 iyul 2021-ci il tarixdən başlayaraq tutulub, 08 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş AD ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)-139/2021 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 08 oktyabr 2020-ci il təvəllüdlü X6 və 16 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, aliment tələb edən şəxsin iddiaçının 16 dekabr 2021-ci il tarixdə X8 adlı ikinci uşağı doğulmaqla ailə vəziyyətində dəyişiklik olmuş və hazırda birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində yaşayırlar. Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)-139/2021 nömrəli məhkəmə əmri ilə cavabdehdən 05 iyul 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 08 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilməsi əmr edilmiş və hazırda cavabdeh hər ay bir uşağa görə 290 manat həcmində aliment ödəyir. İş üzrə cavabdehin - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) müntəzəmdir, alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə valideynin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə ((290x4:3)-290=96,66x12=1160) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 31,6 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(111)-139/2021 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 08 oktyabr 2020-ci il təvəllüdlü X6 və 16 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilsin. Cavabdeh 31,6 (otuz bir manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-76/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-76/2022
29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver