Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-77/2022 04.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(111)-41/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş aliment miqdarının dəyişdirilərək 17 yanvar 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün anası Rüstəmova (Hüseynova) Şəlalə Əvəz qızından hər ay 193 manat sabit pul məbləğinin və mediasiyada iştiraka görə ödədiyi 50 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddiasından imtina etdiyini bildirib və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə İddiaçının iddiadan imtinası qəbul edilərək həmin iş üzrə icraata xitam verilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-77/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-77/2022
04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver