Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-92/2021 03.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "İddiaçı" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2019-cu tarixli ******* sayli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər X1 və Cavabdeh2 Necəf oğlundan iddiaçı "İddiaçı” ASC-nin xeyrinə 5677.79 beş min altı yüz yetmiş yeddi manat 70 qəpik) manat əsas, 738.23 (yeddi yüz otu səkkiz manat 23 qəpik) manat faiz, cəmi 6416.02 (altı min dörd yüz on altı manat 02 qəpik) manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ( iyirmi dörd ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 9000 (doqquz min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 07.10.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 07.10.2019-cu il tarixli **********31 saylı Zaminlik Müqavilələrinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşlar. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zaminlər, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 02.04.2021-ci il tarixinə əsas borcu 5677.79 ( beş min altı yüz yetmiş yeddi manat 79 qəpik) manat, faiz borcu 738.23 (yedi yüz otuz səkkiz manat 23 qəpik) manat, cəmi 6416.02 ( altı min dörd yüz on altı manat 02 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları cavabsız qalmışdır. Bununla da cavabdehlər Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, Kredit Müqaviləsinə əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 6416.02 ( altı min dörd yüz on altı manat qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Həmçinin bildirir ki, 07.10.2019-cu il tarixli ******* sayli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problem kreditlərinin həlli ilə bağlı əlavə haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək məhkəmə proseslərini onun iştirakı olmadan baxılmasını xahiş etmiş və borcunu maddi imkanı olmadığı üçün gələcəkdə hissə-hissə ödəcəyini bildirmişdir. Məhkəmə hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən və dindirilən Cavabdeh2 izahatında daxili qoşunlarda Cavabdeh1 ilə birgə xidmət aparıb işləyən zaman Amitin 2019-cu ildə İddiaçı-dan kredit götürdüyünü, götürülmüş kreditə zamin durduğunu, sonradan Amitin işdən çıxarıldığını, bu səbəbdən də kreditin ödənilmədiyini, haliyədə özünün də işdən çıxdığını, Amitlə heç bir əlaqə saxlamadığını, işləmədiyindən krediti ödəyə bilməyəcəyini birdirdi. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə Cavabdeh2 izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 20% hesablanmaqla, 24 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2020-ci il tarixli, 1022738/17831 nömrəli zaminlik müqaviləsindən görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə "İddiaçı" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh1 oğlunun bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 26 fevral 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh banka olan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 02.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 ilə "İddiaçı" ASC arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, ******* müqavilə üzrə Cavabdeh1 banka 5677.79 manat əsas, 738.23 manat faiz, ümumilikdə 6416.02 manat borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı "İddiaçı" ASC tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi hesabdan çıxarışa əsasən tərəflər arasında bağlanmış qeyd edilən kredit müqaviləsi üzrə 5677.79 manat əsas, 921.20 manat faiz, ümumilikdə 6598.99 manat borcu vardır. İş materiallarına əlavə edilmiş "İddiaçı" ASC-nin (atb.az/tarifler) saytından çıxarışa əsasən “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart Şərtləri”-nin 6-cı fəslinin 2.17-ci maddəsindən görünür ki, müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə Bank müvafiq müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdı qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə edilmiş 08.04.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "İddiaçı" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 07 oktyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi və 06 fevral 2020-ci il tarixli, 1022738/17831 nömrəli zaminlik müqaviləsi ilə öz üzərilərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "İddiaçı" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçı "İddiaçı" ASC-nin iş üzrə cavabdehlərdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 02.04.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış 07.10.2019-cu tarixli ******* sayli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 oktyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 5677.79 manat əsas, 738.23 manat faiz ümumilikdə 6416.02 manat məbləğində borc "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı da cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" ASC -nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 oktyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən yaranmış 5677.79 (beş min altı yüz yetmiş yeddi, yetmiş doqquz) manat məbləğində əsas borc, 738.23 (yeddi yüz otuz səkkiz, iyirmi üç) manat məbləğində faiz borcu, cəmi 6416.02 (altı min dörd yüz on altı, sıfır iki) manat borc, 30.40 (otuz, qırx) manat məbləğində dövlət rüsumu və xidmət haqqı ümumilkdə 6446.42 (altı min dörd yüz qırx altı, qırx iki) manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-92/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-92/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver