Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-93/2022 22.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizə ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.06.2018-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2729.51 manat əsas, 331.35 manat faiz, cəmi 3060.86 manat borcun, həmçinin ödənilmiş 50.95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 11 aprel 2022-ci il tarixdə məhkəməyə “elektron məhkəmə” sistemi vasitəsilə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı mülki işi baxılmamış saxlamaqla iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, hazırda işin icraatı məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki, iddiaçı ərizənin qaytarılması barədə vəsatət vermişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən X4 vasitəsilə 50.55 (əlli manat, 55 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 05 mart 2022-ci il tarixdə ********* nömrəli qəbz əsasında X4 vasitəsilə ödədiyi 50.55 (əlli manat, 55 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-nin 05 mart 2022-ci il tarixdə ********* nömrəli qəbz əsasında X4 vasitəsilə ödədiyi 50.55 (əlli manat, 55 qəpik) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-93/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-93/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver