Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-10/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı cavabdehdən xx.xx.2014-cü il tarixli, GNTQ-0174 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 798 manat 04 qəpik, hesbalanmış və ödənilməmiş faiz borcu qismində 43 manat 52 qəpik, cərimə qismində 260 manat, cəmi 1.101 manat 56 qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və mülki iş üzrə icraatın cavabdehin vərəsəsi müəyyən edilənədək dayandırılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı, 743877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci ildə ölmüşdür. İddiaçı ASC-nin hazırki iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, ölmüş şəxsin Azərbaycan Respublikası MPM-nin 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-10/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-10/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver