Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1028/2022 27.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “qəyyumluğun etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının Cavabdeh2 xx.xx.2015-ci il təvəllüdlü övladı X1 qəyyum təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 23 saylı sərəncamının etibarsız hesab edilməsini və ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 23 saylı sərəncamı ilə Cavabdeh2 xx.xx.2015-ci il təvəllüdlü övladı X1 qəyyum təyin edilmişdir. Cavabdeh2 onun doğma qardaşıdır. X2 valideyin himayəsindən məhrum olmadığından onun üzərində təyin olunmuş qəyyumluq ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının təmsilçisi Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 83 saylı sərəncamını təqdim edərək həmin sənədlə Cavabdeh2 xx.xx.2015-ci il təvəllüdlü övladı X1 olan qəyyumluq vəzifələrinin icrasından azad edildiyini, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 23 saylı sərəncamının ləğv edildiyini bildirdi. İddiaçının təmsilçisi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçınının təmsilçisini dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Hazırkı iş üzrə iddiaçı tərəfin təqdim etdiyi Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 83 saylı sərəncamına əsasən, Cavabdeh2 xx.xx.2015-ci il təvəllüdlü övladı X1 olan qəyyumluq vəzifələrinin icrasından azad edildiyi, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 23 saylı sərəncamının ləğv edildiyi müəyyən olunur. Həmin Sərəncama əsasən, hüquq pozuntusunun, eləcə də hüququn məhkəmə qaydasında müdafiə və təmin edilməsi zərurətinin aradan qalxdığı müəyyən olunur. Belə olan halda tərəflər arasında mübahisə olmadığından işə məhkəmə qaydasında baxılmalı deyil, qeyd edilənlərə əsasən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “qəyyumluğun etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1028/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1028/2022
27.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver