Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1056/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 6500 manat pulun və 90 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh atasının xəstə olduğunu və əməliyyat olunacağı üçün pul lazım olduğunu deyib ondan borc istəmişdir. Həmin vaxt maşınını satdığından əlində pulu olmuş, cavabdehə 7000 manat məbləğində borc pul vermişdir. Cavabdeh bankdan kredit götürüb geri qaytaracağını desə də, qaytarmamışdır. Hazırda cavabdehin real borcu 6500 manatdır. 300 manat və 200 manat olmaqla borcundan cəmi 500 manat ödəmişdir. Hər ay hissəhissə olmaqla borcunu ödəməsinə də razı olmuş, ancaq cavabdeh yenə də ödəməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 2022-ci ilin yay ayında atasının vəziyyəti ağırlaşanda oun müalicəsinə pul lazım olmuş, borca pul axtarmışdır. İş yoldaşlarından biri “Racu” ləqəbli şəxsin sələmə borc verməsini deyib, onunla tanış etmişdir. Racudan cəmi 1600 manat kredit götürmüşdür. Daha artıq verməmiş, pul tanışı İddiaçı məxsus olduğu üçün qəbzi onun adına yazmalı olduğunu demişdir. Həmin borcundan faizi ilə 8 ay ərzində ardıcıl, yəni 3200 manat ödəmişdir. Bundan sonra ona 1800 manat borcu qalmışdır. İşləmədiyi üçün ödəniş edə bilmədiyindən Racu sələmi artırıb ona 7000 manata eyni məzmunlu ikinci qəbz yazdırmışdır. Bundan sonra o, müvəqqəti iş tapıb Racunun istəyi ilə Bakı şəhərindən İddiaçı adına bankomatla 500 manat göndərmişdir. Racu yenə də ondan əl çəkməmiş, tanımadığı, nə zamansa haqq-hesab etmədiyi İddiaçı qabağa vermiş, ondan 7000 manat tələb etmişdir. Beləliklə, 1600 manat borcun müqabilində o, Racuya 3700 manat ödəsə də, o, soyğunçu xisləti ilə ondan əl çəkməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair xx.xx.2022ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tanıdığı İddiaçı istədiyi an qaytarmaq şərtilə ehtiyacı olduğu üçün borc olaraq 7000 manat pul aldığını imzası ilə təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 7000 manat məbləğində borc alması barədə qəbzə imza etmişdir. Cavabdeh borcundan 500 manat ödəsə də, qalan 6500 manat məbləği ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəməyə yazılı etiraz təqdim edərək “Racu” ləqəbli şəxsdən sələmə 1600 manat məbləğində borc aldığını, sonuncu pulun tanışı İddiaçı məxsus olduğunu və qəbzi onun adına yazmasını dediyi üçün qəbzdə İddiaçı adını göstərdiyini, 1600 manat borcundan faizi ilə birlikdə 3200 və 500 manat ödədikdən sonra işləmədiyindən ödəniş edə bilmədiyi üçün “Racu” ləqəbli şəxsin sələmi artırıb ona 7000 manata eyni məzmunlu ikinci qəbz yazdırdığını və 1600 manat borcun müqabilində “Racu” ləqəbli şəxsə 3700 manat ödəsə də, ondan əl çəkmədiyini göstərərək iddia tələbini mübahisələndirmişdir. Məhkəmə cavabdehin göstərdiyi dəlilləri işin hallarına uyğun olmayan hesab edərək qeyd edir ki, cavabdeh 1600 manat borc aldığı təqdirdə “Racu” ləqəbli şəxsin təkidi ilə 7000 manat borc alması barədə qəbzə imza etməsi ağlabatan deyildir. Belə ki, cavabdeh hər hansı kənar təsir olmadan öz sərbəst iradə ifadəsi ilə qəbzi imzalamış və iddiaçıdan asılı olmamışdır. Həmçinin etirazında göstərdiyi halları 3700 manat ödəməsini təsdiq edən hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsinə dair yazılı razılaşma olmuş məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh 7000 manat borcdan 500 manat ödəniş etmiş, hazırda mövcud olan 6500 manat borcunu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 85 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat pul və 85 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1056/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1056/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver