Məhkəmə qərarları › İş №2(125)-106/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-106/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-106/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdeh X1 nümayəndəsi (vəkili) X6 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı «kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi» barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1 və X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 24.155 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.473 manat 19 qəpik, cərimə qismində 11 manat 95 qəpik, cəmi 26.640 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 169 manat 92 qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat və xidmət haqqının əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilin hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehlər Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi S.D.İsmayılov iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 19.055 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.515 manat 74 qəpik, cərimə qismində 1.166 manat 02 qəpik, cəmi 26.737 manat 06 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 169 manat 92 qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat və xidmət haqqının əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilin hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehlər Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi S.D.İsmayılov məhkəmə iclasında vəsatətlə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı «kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi» barədə iddiasına dair mülki işin məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh X1 nümayəndəsi (vəkili) Ş.T.Tağıyev mülki işin məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, iddiaçının və cavabdeh X1 nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs - Cavabdeh1 (VÖEN **********) arasında olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar borc pul münasibətlərindən yaranmış, digər cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri isə həmin münasibətlərdən yaranan əsas öhdəliklərin təminatı qismində çıxış etmişdir. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı «kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi» barədə iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı «kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi» barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar