Məhkəmə qərarları › İş №2(125)-1061/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1061/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1061/2025 04.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Kontakt Home” Gəncə filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Kontakt Home” mağazasından ona dəymiş maddi ziyan kimi 683 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa cavabdeh “Kontakt Home” Gəncə filialı əsl Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, tələb etdiyi məbləğ cavabdeh tərəfindən tam olaraq ona qaytarıldığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində göstərilən hallar məhkəmədən kənar həllini tapdığından və iddia faktiki olaraq təmin edildiyindən nəzərə alınmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar