Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1069/2025 24.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin su və çirkab su xidmət haqqına görə yaranmış 673,85 manat və bərk məişət tullantılar yığılması və daşınmasına görə 117,80 manat borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin (vəfat etmiş anası X3 adına) su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə ödəmədiyi 673,85 manat, bərk məişət tullantıların yığılması və daşınmasına görə 117,80 manat, cəmi 791,65 manat pul borcunun və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Ozan küçəsi ünvanında yerləşən ümumi sahəsi 47,5 kv.m olan yaşayış sahəsini 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1S-15614 reyestr nömrəli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hazırda Gəncə şəhəri, Faiq Bayramov küçəsi, ev 73B-də yaşayan Cavabdeh almış və həmin mülk barədə xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış almışdır. X10 TSC-nin əməkdaşı ona bildirmişdir ki, evin keçmiş sahibi X4 (vəfat etmiş anası X3 adına) tərəfindən istifadə edilmiş su və çirkab su xidmətinə görə 673,85 manat pul borcu vardır və həmin borc ödənilməlidir. Bundan başqa cavabdeh X1 (vəfat etmiş anası X3 adına) Gəncə MKTİB-nin xx.xx.2023-cü il tarixli, Ş/H **********523 nömrəli hesabından çıxarışa əsasən bərk məişət tullantılar yığılması və daşınmasına görə 117,80 manat borcu qalmışdır. Bu barədə cavabdeh X2 bildirsə də, həmin borcu ödəməmişdir. Halbuki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1S-15614 reyestr nömrəli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əmlak alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi onun üzərinə düşür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh rus vətəndaşıdır, evi satanda kommunal borcunun olduğunu bilmişdir, ancaq özü evi alanda borcla bağlı məlumatı olmamışdır. Cavabdeh evi satandan sonra borc olduğunu demişdir. Su idarəsindən gəlib borca görə suyu kəsmişdirlər, bundan sonra Bakıya müraciət etmiş bərpa etmişdirlər. Evə borcla bağlı bildiriş də gəlmişdir. Əvvəl 1200 manat borc gəlmiş, müraciət etdikdən sonra 600 manat hesablamışdırlar. Qalan borcu ödəməmişdir, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər 1 saylı notariat ofisində bağlanılmış 4Ə-244 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı qiyməti 127000 manat olmaqla alıcı İddiaçı satmışdır. Həmin müqavilədən görünür ki, tərəflər arasında hesablaşma qaydalarına əsasən alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların satıcı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat tarixli, **********09-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli **********523 nömrəli şəxsi hesab vərəqəsinin surətindən görünür ki, abonent X3 adına bərk məişət tullantılarının yığılması və daşınması xidmətinə görə xx.xx.2019-xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr ərzində 117,80 manat yekun borc hesablanmışdır. **********000 nömrəli abonent kartının (xx.xx.2005-ci il tarixli, 32714386 nömrəli müqavilə üzrə abonent Solmaz Həsənova) surətindən görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2017-2024-cü illəri əhatə edən dövr ərzində 697,25 manat yekun borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli, 25724872 nömrəli hesab faktura vərəqəsinin surətindən görünür ki, abonent Solmaz Həsənova olmaqla 697,25 manat borcun ödənilməsi tələb edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, hazırki iş üzrə Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə İddiaçı satmış, həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, evin keçmiş sahibi Cavabdeh (vəfat etmiş anası X3 adına) tərəfindən istifadə edilmiş su təchizatı və çirkab suların axıdılması xidmətinə görə 673,85 manat borc və bərk məişət tullantılarının yığılması və daşınması xidmətinə görə 117,80 manat borc ödənilməmiş qalmışdır. Bu barədə Cavabdeh bildirsə də, həmin borcu ödəməmişdir, halbuki daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əmlak alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsinin cavabdehin üzərinə düşməsi təsbit edilmişdir, buna görə də həmin borc cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü bəndində qeyd olunur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi, iddiaçının evində su təchizatı və çirkab suların axıdılması, eləcə də bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinə görə müqavilələr su təchizatı və kanalizasiya müəssisəsi ilə abonent olaraq X5 arasında bağlanmış və göstərilən xidmətlərin dəyərini də su təchizatı və kanalizasiya müəssisəsi tələb etmək hüququna malik olmuşdur. İddiaçının evində su təchizatı və çirkab suların axıdılması, eləcə də bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinə görə ödənilməmiş borcu cavabdehdən tələb etməsi, yəni icra edilməmiş öhdəliyin cavabdehdən alınaraq ona verilməsinin qanuni və müqavilə əsası olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin su təchizatı və çirkab suların axıdılması xidmətinə görə yaranmış 673,85 manat və bərk məişət tullantılarının yığılması və daşınması xidmətinə görə yaranmış 117,80 manat borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı su təchizatı və çirkab suların axıdılması xidmətinə görə yaranmış 673,85 manat və bərk məişət tullantılarının yığılması və daşınması xidmətinə görə yaranmış 117,80 manat borcun ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1069/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1069/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver