Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-107/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3.08.2020-ci il tarixli 10-BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 69912.53 manat əsas borc, 7000.09 manat faiz borcu, 188.05 manat cərimə olmaqla, ümumilikdə 77100.67 manat, xx.xx.2021-ci il tarixli 10-BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə 21146.67 manat əsas borc, 1913.15 manat faiz borcu, 68.16 manat cərimə olmaqla, ümumilikdə 23127.98 manat və 390.23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ödənilmiş 30 manat dövlət rüsumun un və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160.50 kv.m ümumi, 84.8 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160.50 kv.m ümumi, 84.8 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54.9 kv.m ümumi, 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54.9 kv.m ümumi, 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait kifayət qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160.50 kv.m ümumi, 84.8 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160.50 kv.m ümumi, 84.8 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54.9 kv.m ümumi, 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54.9 kv.m ümumi, 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 vəsatət verərək kreditin biznes məqsədləri üçün verildiyini, iddiaçının hüquqi şəxs olduğunu və bu səbəbdən işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmiş və fəaliyyətini müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 28-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ASC hüquqi şəxs olduğundan və Cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçərək fəaliyyətini müvəqqəti dayandırdığından (VÖEN **********) mülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-107/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-107/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver