Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1076/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “məcburetmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin üzərinə "Billur" bağçılıq-yoldaşlığına aid olan arxiv sənədlərinin Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 saylı Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 iyun 1980-ci il tarixdə Kirovabad şəhər X2 İcraiyyə Komitəsinin 208-8/8 saylı Qərarına əsasən Dövlət torpaq fonduna məxsus torpaq sahəsindən 9.0 ha ayrılaraq Gəncə "Billur" zavoduna kənd təsərrüfatı məhsullarının istehsalı üçün yardımçı torpaq qismində təhvil verilmişdir. SSRİ dövlətinin süqutundan sonra yardımçı təsərrüfat üçün ayrılmış torpaq sahəsinin bağçılıq yoldaşlığına çevrilməsi təşəbbüsü yarandığına görə əvvəlcə ayrılmış 9.0 ha torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli, 758 saylı Sərəncamına əsasən "Billur" EİB-nin işçilərinə ayrılmışdır. Həmçinin ona da, "Billur" X4 əməkdaşı və yeni yaradılmış bağçılıq-yoldaşlığının üzvü olaraq Gəncə şəhər Baş memarı ilə razılaşdırılmış layihə üzrə ona sahəsi 18 m x 25 m olan "M-15" saylı torpaq ərazisi ayrılmışdır. "Torpaq islahat haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı Sərəncamına əsasən Yerli icra hakimiyyətləri nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək həmin idarələrin arxivlərinin Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Ona ayrılmış və hal-hazırda istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi cənab Füzuli İsayevin imzası ilə 18 may 2023-cü il tarixli cavab məktubunda "Billur" bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi səbəbindən müraciətinin icrasından imtina edilməsi bildirilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi X5 sədr müavini cənab Fərid Cəfərovun 20 oktyabr 2023-cü il tarixli imzası ilə və Gəncə şəhəri, İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar cənab Elxan Məmmədovun 20 noyabr 2023-cü il tarixli cavab məktublarından da məlum olur ki, cavabdeh "xxxx" ASC tərəfindən bağçılıq yoldaşlığı üzvləri ilə bağlı ayrılmış torpaq sahəsinin sənədlərinin və siyahısının təhvil verilməsi icra olunmamışdır. 2023-cü ilin sentyabr ayında "xxxx" ASC-yə müraciət edərək bağçılıq yoldaşlığına aid olan arxiv sənədlərinin aidiyyəti üzrə təhvil verilməsini xahiş etsə də, təəssüf ki, bu günə qədər cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Beləliklə onun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan hüquqlarım pozulmuşdur. Sənədlərin təhvil verilməsi barədə şifahi müraciətləri də nəticəsiz qalmışdır. Cavabdehin hərəkətsizliyindən müdafiəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək mülki iş üzrə bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verməyə hazır olduqlarını və razı olduqlarını, habelə Əmlak məsələləri Dövlət komitəsinə təhvil verməyə razı olduqlarını bildirmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "Billur" zavodu xx.xx.2005-ci il tarixdən Ədliyyə Nazirliyinin 03xx-xx-3313 saylı şəhadətnaməsinə əsasən "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC-nin sənədləri blankda tərtib edilir (künc ştampı əvəzinə) dairəvi möhürlə təsdiqlənir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizənizə əlavə edilmədiyi, həmçinin, “Billur” bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli, 2186 saylı Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş; Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etmək, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görmək, qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Hazırkı iş üzrə iddiaçı "Billur" bağçılıq-yoldaşlığına aid olan arxiv sənədlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh tərəf ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "Billur" bağçılıq yoldaşlığına aid olan arxiv sənədlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1076/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1076/2024
02.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver