Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1093/2022 22.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehna qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-nə olan 963.04 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus kart hesabı üzrə xx.xx.2021-ci il tarixdə RRN **********076 nömrəli əməliyyatlar aparılarkən bu əməliyyatı aparan bank tərəfindən əməliyyatın təsdiqinə dair banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat üzrə artıq ödənilən vəsait bank tərəfindən geri çəkilmişdir. Bununla əlaqədar olaraq banka 963.04 manat həcmində ziyan dəymişdir. Qeyd olunanlara əsasən Cavabdeh Bankın hesabına 963.04 manat əsassız varlanmışdır. Müqaviləyə əsasən, borcluğa ödənilmiş vəsait geri qaytarıldıqda borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd – şərtsiz ödənilməlidir. Cavabdeh ilə bank arasında olan xx.xx.2020-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluğa dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 20 may 2022-ci il tarixli xx/xx-2150 saylı xəbərdarlıq məktubu da cavabsız qalmış və hazırda cavabdehin borcu 963.04 manat təşkil edir, həmin borcun iddiaçıya ödənilməsi təmin edilməlidir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə bxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, onun İddiaçı ASC ilə bağladığı müqavilədə razılaşmamışlar ki, bankın səhvinə görə o, ziyan çəkməlidir. xx.xx.2021-ci il tarixdə 19:47-də ona (card to card) Rusiyadan 44000 Pus publu ilə pul vəsaiti köçürülmüşdür. O, həmin vəsaiti xx.xx.2021-ci il tarixdə 12:58 də istifadə etmişdir. Bundan sonra bir neçə gün onun kartına köçürmələr olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 22:34-də bank hesabını-debet kartının 963.04 manat olduğunu bilmişdir. Texniki səhvin olduğunu, növbəti gün düzələcəyini düşünmüş, növbəti gün özü bankla əlaqə saxlamış, ona cavab verilmişdir ki, sistemdə səhvlik olub pul göndərənin hesabına qayıdıb. Sonrakı günlərdə düzələ biləcəyini və ya o, pul göndərən şəxsə pulun yenidən göndərilməsini bildirməli olduğunu demişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli **********0103525004 fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 03 (üç) il müddətinə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmət müqaviləsi imzalanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 963.04 manat məbləğində vəsaitin xx.xx.2022-ci il tarixədək bütövlükdə geri ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə, yaranmış əsassız vrlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) əsassız varlanma öbyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 963.04 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 963.04 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq, İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-1093/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1093/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver