Məhkəmə qərarları › İş №2(125)-113/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-113/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-113/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Törəmə Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı suların axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Törəmə Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı suların axıdılması xidmətindən istifadəyə görə yaranmış 1027,05 manat borcun və 41 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Gəncə Sukanal” TSC tərəfindən Cavabdeh (abonent kodu **********160) su təhcizatı sistemindən su buraxılması və tullantı suların axıdılması xidməti göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1027,05 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təhcizatı və kanalizasiya xidmətinin dəyəri ünvan 1 ünvanında “X3” 7.4-cü bəndinə əsasən ailə tərkibi 5 nəfər olmaqla normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. “Gəncə Sukanal” TSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu təqdim edilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib izahatında göstərdi ki, həmin ünvanda 4 nəfər yaşayırlar, qızı da qeydiyyatdadır ancaq başqa ünvanda kirayədə yaşayır. Maddi imkanları olduqca borcdan ödənişlər etmişdirlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2005-ci il tarixli, 33053212 nömrəli müqavilədən görünür ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-57/2-17258/2024 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanda xx.xx.2003-cü il tarixdən hal-hazıradək X2, xx.xx.2005-ci il tarixdən hal-hazıradək X6, xx.xx.2005-ci il taridən hal-hazıradək X7, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək X11, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X8, xx.xx.2009-cu il tarixdin xx.xx.2022-ci il tarixədək X9, xx.xx.2021-ci il tarixdən hal-hazıradək X4, xx.xx.2021-ci il tarixdən hal-hazıradək X1 və xx.xx.2024-cü il tarixdən hal-hazıradək Cavabdeh qeydiyyatdadırlar. İddiaçı Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, 1027,05 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. **********160 nömrəli abonent kartından görünür ki, 2024-cü ilədək olan dövr üzrə yekun borc 1002,05 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü bəndində qeyd olunur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və abonentin mənzilində qeydiyyatda olan şəxslərin sayına, yəni 5 nəfərə görə müvafiq dövr üzrə hesablama aparılaraq su təchizatı və tullantı suların axıdılması xidmətindən istifadəyə görə 1027,05 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək etirazının əsası kimi mənzildə 4 nəfərin yaşadığını, qızının da qeydiyyatda olmasına baxmayaraq başqa ünvanda kirayədə yaşadığını istinad etsə də, məhkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələbindən görünür ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tədqiq olunmuş sübutlara və qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 1027,05 manat alınaraq «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30,27 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1027,05 (bir min iyirmi yeddi manat 05 qəpik) manat pul və 30,27 manat dövlət rüsumu alınaraq iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar