Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1134/2022 03.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh və Zamin qarşı 10 sentyabr 2020-ci il tarixli, 851micKPZ/20 nömrəli əlavə kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 146 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 manat 60 qəpik, cərimə qismində 16 manat 48 qəpik, cəmi 201 manat 38 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat 82 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh və Zamin qarşı 10 sentyabr 2020-ci il tarixli, 851micKPZ/20 nömrəli əlavə kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 146 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 manat 60 qəpik, cərimə qismində 16 manat 48 qəpik, cəmi 201 manat 38 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat 82 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 10 sentyabr 2020-ci il tarixdə bağlanmış 851micKPZ/20- EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən 120 ay müddətinə illik 32% ödəmək şərtilə 100.000 manat kredit xətti ayrılmış və 10 sentyabr 2020-ci il tarixdə bağlanmış 851micKPZ/20 saylı əlavə kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 25% ödəmək şərtilə 1.010 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 21 may 2022-ci il tarixə Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 146 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 manat 60 qəpik, cərimə qismində 16 manat 48 qəpik məbləğində borcu yaranmışdır. 03 oktyabr 2022-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli, 851micKPZ/20 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar tərəfindən 12 ay müddətinə illik 25% ödəmək şərtilə 1.010 manat məbləğində kredit verilmişdir. İşdə olan 10 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinin surətindəndən görünür ki, Zamin Cavabdeh eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 21 may 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehla «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 146 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 manat 60 qəpik, cərimə qismində 16 manat 48 qəpik, cəmi 201 manat 38 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı əlavə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 146 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 manat 60 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 10 sentyabr 2020-ci il tarixli, 851micKPZ/20 əlavə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 146 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 manat 60 qəpik, cərimə qismində 16 manat 48 qəpik, cəmi 201 manat 38 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul tələbinə dair hissəsidə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu qismində ödədiyi pul vəsaitinin məbləği 30 manat 40 qəpik təşkil edir. Buna görə də, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 10 sentyabr 2020-ci il tarixli, 851micKPZ/20 əlavə kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 146 (bir yüz qırx altı) manat 30 (otuz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 38 (otuz səkkiz) manat 60 (altmış) qəpik, cərimə qismində 16 (on altı) manat 48 (qırx səkkiz) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik, cəmi 231 (iki yüz otuz bir) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1134/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1134/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver