Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1142/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13500(on üç min beş yüz) manat pulun, ödənilmiş 133(bir yüz otuz üç) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 110(bir yüz on) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Mehman, ondan 2020-ci ilin dekabr ayında 10 000 manat borc pul alaraq yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Cavabdeh həmin pulu qaytarmış, bir müddətdən sonra yaşadığı evə gəlib ondan 1750 manat borc almışdır. Lakin, həmin pulu qaytarmamış, xx.xx.2021 -ci il tarixdə iki aya qaytarmaq şərti ilə yenidən 9700 manat borc almışdır. Bu barədə qəbz də, yazıb imzalamışdır. Cavabdeh özünə məxsus avtomobili satıb pulunu qaytaracağını bildirmişdir. Bir müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh yaşadığı evə gələrək işlədiyi universitetə rəhbər vəzifəyə keçmək ərəfəsində olduğunu, bunun üçün ona bir qədər də pul lazım olduğunu bildirib 5000 manat pul istəmişdir. O da, evində o qədər nağd pul olmadığını bildirib, bankdan nə qədər pul ala bilsə o qədər də pulu ona verə biləcəyini bildirmişdir. Bundan sonra, əmək haqqına müvafiq ona bankdan 2021-ci ilin dekabr ayında verilmiş 2550 manat pulu da, cavabdehə vermişdir. Bu barədə də, ondan qəbz almışdır. Bundan sonra, cavabdeh maaş kartını ona vermişdir ki, o, borcdan hər ay kartdan pul götürə bilsin. Lakin, həmin kartdan o, yalnız 500 manat pul götürə bilmiş, ondan sonra kart bağladılmışdır. Hazırda, cavabdehin ona 13500 manat pul borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh pulu verməkdən imtina etmişdir. Gəncə şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, cavabdeh məndən aldığı pul məbləğini etiraf etmiş, lakin, guya sələm götürdüyünü və 185 manat faiz olduğunu bildirmişdir. Halbuki, o, ona faizlə pul vermiş olsa idi, 13500 manatın faizi 185 deyil, daha yüksək məbləğ olardı. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, Cavabdeh 13500(on üç min beş yüz) manat borcundan ona 500 manat vermiş, ona 13000 manat borcu qalmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh izahatında göstərdiyi 185 manat faiz məbləğinə etiraz edir. O, həmin pulu tanışı olaraq ona etibar edərək vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 öz izahatında göstərmişdir ki, o, X5 ilə 7 il bundan qabaq tanış olmuşdur. Əvvəllər Əminədən bir neçə dəfə borc pul alaraq vaxtında borcunu geri qaytarmışdır. O. xx.xx.2021-ci il tarixdə Əminənin yaşadığı evdə ondan 9700 (doqquz min veddi yüz) manat borc pul alaraq borc almağı ilə bağlı öz xətti ilə kağız parçasına ondan 9700 manat borc pul aldığını yazaraq yazdığı yerin altından imzasını çəkmişdir. Bir müddət sonra o, 2022-ci ilin dekabr ayının 27-də Əminənin yaşadığı evə gedərək təsərrüfat işləri ilə bağlı ona bir qədər pul lazım olduğunu deyərək ondan borc 5000 (beş min) manat pul istəmişdir. Əminə də evində nəğd pulunun olmadığını deyərək yalnız ona bankdan kredit pul götürüb verə biləcəyini demişdir. O da, razılaşmışdır. Əminə də banka gedib onun üçün 2550 manat pul kredit götürərək yaşadığı evə qayıdıb onu evinə çağırıb 2550 manat pulu ona vermişdir. O, yenə öz xətti ilə kağız üzərində ondan 2550 manat pul borc aldığını yazaraq altından imzasını çəkmişdir, sonra isə Kapital Bankın ona məxsus 5103 0714 1819 6404 nömrəli maaş kartını və kartın şifrəsini ona verərək hər ay maaşından ona olan borcunu çıxarmasını bildirmişdir. Əminə həmin kartdan cəmi 1 dəfə 500 (beş yüz) manat pul çıxara bilmişdir. O biri ay isə iş yerini dəyişdiyi üçün kart deaktiv edilmişdir və o, pul çıxara bilməmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Azərbaycan Texnologiya Universitetinin yanında Əminə ilə görüşüb ona yaxınlaşaraq ona 100 manat borcundan vermişdir. Hal-hazırda onun Əminəyə 13100 (on üç min yüz) manat əsas borcu var, 185 (yüz səksən beş) manat isə sələm borcundan qalmışdır. Ümumilikdə 13285 (on üç min iki yüz səksən beş) manat borcu var. Borcunu yaxın vaxt ərzində ödəyib qurtaracaqdır. O, X4 xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Azərbaycan Texnologiya Universitetinin yanında söyüb təhqir edərək sonra isə öldürəcəyini deyib sözlə hədələməmişdir. Beləliklə İddiaçı Cavabdeh tərəfindən ölümlə hədələnməsi faktını təsdiq edən kifayət qədər sübutlar olmadığından və fakt öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda almaqla, cəmi 13500(on üç min beş yüz) manat borc almış, borcundan cəmi 500 manat qaytarmış, iddiaçı qalan 13000 manat borcu dəfələrlə tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc verilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ərizəsində Cavabdeh 13500(on üç min beş yüz) manat pulun alınaraq ona verilməsini qeyd etsə də, sonradan məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin 13000 manat borcu qaldığını qeyd etmişdir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, 13000 manat borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin iddia tələbi qismən təmin edildiyindən ödənilməli olan 130.5 manat dövlət rüsumunun 126 (bir yüz iyirmi altı) manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul, ödənilmiş 126 (bir yüz iyirmi altı)manat dövlət rüsumu və hüquqi yardıma görə ödədiyi 110 manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1142/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1142/2022
15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver