Məhkəmə qərarları › İş №2(125)-1151/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1151/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1151/2022 03.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 manat, iddiaçıya məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının naturada, bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyasının əvəzi qismində 5.700 manat və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi qismində 136 manat, cəmi 15.356 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 manat, iddiaçıya məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının naturada, bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyasının əvəzi qismində 5.700 manat və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi qismində 136 manat, cəmi 15.356 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, Cavabdeh ilə onun yaşadığı evin qonşuluğunda yaşadığına görə onlar arasında səmimi münasibət olmuş və qeyd olunan səbəbdən də o, Cavabdeh inanmışdır. 2021-ci ilin aprel ayında Cavabdeh ona ipoteka ilə ev almaq istədiyini, lakin ilkin ödəniş etmək üçün vəsaitinin müəyyən hissəsinin çatmadığını bildirərək, ondan borc pul verməsini xahiş etmişdir. O, Cavabdeh 3 ay ərzində qaytarmaq şərti ilə 10.000 manat məbləğində pul vəsaitini borc vermişdir. Bundan sonra Cavabdeh həmin pul vəsaitinin ipoteka ilə mənzil almaq üçün ilkin ödənişə kifayət etmədiyini demiş və qızıl-zinət əşyalarını lombarda girov qoyub, kredit almaq üçün 2-3 ay ərzində geri qaytarmaq şərti ilə ona verməsini xahiş etmişdir. Qeyd olunan səbəbdən də o, Cavabdeh 10.000 manat borc verməklə yanaşı, özünə məxsus çəkisi 50 qram olan 750 əyyar Azərbaycan Respublikasında istehsal olunmuş boyunbağısını da 2-3 ay ərzində geri qaytarmaq şərti ilə Cavabdeh vermişdir. Cavabdeh yalnız ona olan borcunun 480 manat məbləğində hissəsini qaytarmış, 9.520 manat məbləğində borcunu və ona məxsus məxsus çəkisi 50 qram olan 750 əyyar boyunbağını müxtəlif bəhanələrlə hazırki tarixədək qaytarmamışdır. Sonuncu dəfə o, Cavabdeh borcunun və qızıl-zinət əşyasının qaytarılmasını tələb etdikdə, Cavabdeh bu barədə qəbz yazaraq, ona təqdim etmişdir. Cavabdeh bundan sonra da öz öhdəliklərini icra etmədiyinə görə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 9.520 manat borcu qalmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borc qismində aldığı 9.520 manat məbləğində pul vəsaitini və çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını 2022-ci ilin may ayının sonunadək qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 27 sentyabr 2022-ci il tarixinə nəzərən yerli istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyəri 78 manat, xarici istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyəri 110 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər üzrə İddiaçı tərəfindən Cavabdeh verilmiş pul vəsaitinin 9.520 manat məbləğində hissəsi, habelə tərəflər arasında qarşılıqlı inama əsasən sonradan qaytarmaq şərti ilə İddiaçı tərəfindən Cavabdeh verilmiş çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağı Cavabdeh tərəfindən İddiaçı qaytarılmamışdır. Qeyd olunan xüsusatlar Cavabdeh tərəfindən İddiaçı təqdim edilmiş qəbzlə də təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Məhkəmə İddiaçı tərəfindən Cavabdeh borcun verilməsi zamanı onlar arasında yazılı borc müqaviləsi bağlanmasa da, sonradan sadə yazılı əqd formasında Cavabdeh borcun etirafına dair İddiaçı verdiyi qəbzdə öz borcunu etiraf etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı qarşısındakı öhdəlikləri müqavilə xarakterli öhdəliklər olsa da, qızıl-zinət əşyasına münasibətdə həmin öhdəliklər əsassız varlanmadan irəli gəlir. Belə ki, borc müqaviləsi üzrə yaranmış münasibətlər zamanı bir tərəf pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürməsi nəzərdə tutulur. Lakin İddiaçı həmin qızıl-zinət əşyasını Cavabdeh mülkiyyətinə, eləcə də istifadəsinə deyil, yalnız lombarddan kredit alıb, sonradan qızıl-zinət əşyasını qaytarmaq şərti ilə müvəqqəti sahibliyinə vermişdir. Cavabdeh isə həmin qızıl-zinət əşyasını sonradan İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bundan başqa, İddiaçı özünə məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının naturada, bu mümkün olmadıqda isə 5.700 manat təşkil edən dəyərinin Cavabdeh alınıb ona verilməsini tələb etməklə yanaşı, çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını cavabdehin müvəqqəti sahibliyinə verdiyini sübuta yetirsə də, mülki işin məhkəmə tədqiqi zamanı həmin boyunbağının məhz Azərbaycan Respublikasında deyil, xarici ölkədə istehsal olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla yanaşı öz izahatında da həmin qızılın Azərbaycan Respublikasında istehsal olunduğunu bildirmişdir. İşdə olan mütəxəssis rəyində isə 27 sentyabr 2022-ci il tarixinə nəzərən yerli istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyərinin 78 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 manat məbləğində pul vəsaiti və çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağı cavabdehdən alınıb, iddiaçıya verilməli, iddiaçıya məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının cavabdehdən alınıb, iddiaçıya verilməsi mümkün olmadıqda isə, həmin qızıl-zinət əşyasının əvəzi qismində 3.900 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat 26 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağı, ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 (doqquz min beş yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz otuz) manat 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. Cavabdeh İddiaçı məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının alınıb İddiaçı verilməsi mümkün olmadıqda, həmin qızıl-zinət əşyasının əvəzi qismində 3.900 (üç min doqquz) yüz manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar